YAP-ın 700 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib
Tarix: 07.05.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Dünən Yeni Azərbaycan Partiyasının 700 mininci üzvünə - YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Xatın Məmmədovaya partiya vəsiqəsi təqdim edilib.
Üzvlük vəsiqəsini Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında keçirilən tədbirdə təqdim edib. Əli Əhmədov mayın 6-nın əlamətdar gün olduğunu deyib. Bildirib ki, belə bir günün ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsinə təsadüf etməsi çox xoşdur. Baş nazirin müavini qeyd edib ki, YAP-ın sıraları kifayət qədər genişdir. Partiya öz sıralarını sürətlə genişləndirir. Əlbəttə, bu, ümummilli lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəkdən xəbər verir. Gənclərin YAP-ın sıralarına üzv olması da təbiidir. Partiyanın sədrinin müavini deyib ki, YAP-a ildə 25 min yeni üzv daxil olur. Bunların sırasında gənclər üstünlük təşkil edir. Bu, çox sevindiricidir. Bu gün YAP sıralarında gəncləşmə prosesi gedir. Bu, partiyanın parlaq gələcəyindən xəbər verir. Bu gün dövlətimizin başçısı da kadr seçimində gənclərə üstünlük verir. Azərbaycanın gəncləri YAP sıralarında özlərinin inkişafı üçün çox gözəl mühit görürlər. Gənclərin də YAP-ı seçməsinin əsas səbəblərdən biri onların Prezident İlham Əliyevin siyasətinə inanmasıdır. Bu gənclərin sıralarında Azərbaycanın görkəmli xadimləri olacaq şəxslər yetişirlər. Tədbirdə YAP-ın icra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info