Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq yarışı
Tarix: 07.05.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Dünən Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarış ümummilli liderin xatirəsinə həsr olunub.
Üç gün davam edəcək turnirdə 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayacaq. Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. Ümumi mükafat fondu 154 min dollar olan yarışda hər çəki dərəcəsində qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar. “Böyük dəbilqə” Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin təşkilatçılığı ilə ilk böyük turnir olacaq. Azərbaycanı bu turnirdə 27 kişi və 3 qadın cüdoçu təmsil edir. Yarışın birinci günündə on idmançımız mübarizəyə qoşulub. Qadın cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) Valentina Moskat (İtaliya), Şəfəq Məmmədova (48 kq) Dilara Lokmanhekim (Türkiyə) ilə üz-üzə gələcək. Kişi idmançılarımızdan 60 kiloqram çəki dərəcəsində Orxan Səfərov Ryuju Naqayama (Yaponiya) ilə qarşılaşıb. Eyni çəki dərəcəsində İlqar Müşkiyev Nuno Karvalyo (Portuqaliya) - Bekir Özlü (Türkiyə), Vüqar Şirinli isə Yuho Reynval (Finlandiya) Eşli Makkenzie (Böyük Britaniya) qarşılaşmalarının qalibləri ilə üz-üzə gəlib. İdmançılarımızdan Elbrus Zamanov 1/32 final mərhələsində Artyom Arşanskiyə (İsrail) uduzaraq mübarizəni dayandırıb. Həmçinin 66 kiloqram çəki dərəcəsində Orxan Əsgərzadə - Vaja Marqvelaşvili (Gürcüstan), Tərlan Kərimov - Aleksandr Beta (Polşa) qarşılaşmaları keçiriləcək. Bu çəki dərəcəsində Famil Məmmədzadə Kennet Van Qansbek (Belçika) - Adrian Qombos (Sloveniya) cütünün qalibi, İskəndər Talışinski isə Çia Hunq Çyen (Tayvan) - Andraz Jereb (Sloveniya) duelində uğur qazanan idmançı ilə münasibətlərə aydınlıq gətirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info