“Azərbaycanlı gənclər çox fəaldır”
Tarix: 07.05.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


“Gəncə bu vaxta qədər Avropanın Gənclər Paytaxtları içərisində ən mehriban və xeyirxah sakinləri olan şəhərdir”

“Mən Sloveniyanın ikinci böyük şəhəri Maribordanam. Təmsil etdiyim şəhər 2013-cü ildə Avropanın Gənclər Paytaxtı olub. İlk dəfə Gəncə haqqında o zaman eşitmişəm. Bu gün Gəncədə olduğum üçün
çox şadam.

Keçirilən tədbir xalqınızın enerjisini əks etdirir. Hələ Gəncə hava limanında qarşılanarkən yəqin etdim ki, Azərbaycan xalqı çox qonaqpərvərdir. Siz bununla fəxr edə bilərsiniz”. Bu sözləri AZƏRTAC-a müsahibəsində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimində iştirak etmək üçün şəhərə gələn sloveniyalı Zeljko Milovanoviç söyləyib. Layihə çərçivəsində keçirilən tədbirlərin onda xoş təəssürat doğurduğunu bildirən qonaq deyib: “Bir avropalı kimi tam qətiyyətlə deyə bilərəm ki, mədəniyyətiniz çox zəngin və kaloritlidir. Bu da Avropa üçün olduqca maraqlıdır. Burada olarkən sizin hərb tarixiniz, mədəniyyətiniz və adət-ənənələrinizlə tanış olmaq fürsəti qazandım. Gəncə bu vaxta qədər Avropanın Gənclər Paytaxtları içərisində ən mehriban və xeyirxah sakinləri olan şəhərdir. Şəhərinizin memarlığı da məni valeh etdi”. Qonaq qeyd edib ki, azərbaycanlı gənclər çox fəaldırlar: “Gəncləriniz həm bilikləri, intellektləri, həm də geniş dünya görüşləri ilə fərqlənirlər. Siz bu ada layiqsiniz. Şəhərinizə Avropanın Gənclər Paytaxtı titulunu daşımaqda uğurlar arzulayıram.”




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info