Tələbələr arasında ilk dəfə kartinq çempionatı təşkil olunub
Tarix: 07.05.2016 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərəfdaşlığı, “Baku Karting&Event Center” və “CIAO BAKU”nun dəstəyi ilə “Formula 1” Avropa Qran-prisi ərəfəsində “Bir” Tələbə-Könüllüləri arasında kartinq çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tələbələrarası kartinq çempionatı Azərbaycanda ilk dəfə təşkil olunub.
Çempionat tələbə-könüllülərin “Formula 1” Avropa Qran-prisinə dəstəyinin nümayiş olunması, onların idmanın bu növünə həvəsinin artırılması məqsədi ilə keçirilib. Çempionatda proqramın əhatə etdiyi 12 ali təhsil müəssisəsində təhsil alan 100-dən çox tələbə-könüllü iştirak edib.
Tələbələrin böyük həvəslə qatıldığı çempionat 2 mərhələdən ibarət olub. Birinci mərhələdə ali təhsil müəssisələrini təmsil edən tələbə-könüllülər özlərini “Formula-1” pilotları qismində təsəvvür edərək yarışa qatılıblar. Gərgin və həyəcanlı keçən ilk mərhələdən sonra 7 ali təhsil müəssisəsini təmsil edən 16 nəfər tələbə-könüllü finalda öz ali təhsil müəssisəsini təmsil etmək hüququ qazanıb.
Final mərhələsində də izləyicilər həyəcanlı yarışın şahidi olublar. Onlar bir tərəfdən özlərini “Formula 1” Avropa Qran-prisində keçiriləcək oyunlara hazırlayıb, digər tərəfdən könüllü dostlarına dəstək veriblər.
Çempionat “Formula 1” yarışlarını xatırladan təntənəli bağlanış və mükafatlandırma mərasimi ilə başa çatıb. İştirakçıların mükafatlandırılması SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədovun iştirakı ilə keçirilib.
Çempionatın sonunda dairələri ən birinci tamamlayan Bakı Slavyan Universitetinin tələbə-könüllüsü Ramin Əsgərov yarışın ən sürətli pilotu olub.
Qalib gəldikdən sonra Ramin Əsgərov öz hisslərini iştirakçılarla bölüşüb: “Çempionatda biz özümüzü “Formula 1”dəki kimi hiss etdik. İndi bəlkə də “Formula-1” pilotlarının nə hisslər keçirdiyini daha yaxşı başa düşürük. Əlbəttə, qalibiyyət əsas deyil. Əsas olan dostluq və birlikdir. Bakı şəhərinin “Formula 1” yarışlarının paytaxtı olduğunu nəzərə alaraq, bu cür tədbirlərin ənənəvi keçirilməsini istərdim”.
Çempionatın finalçısı Azərbaycan Dillər Universitetinin tələbə-könüllüsü Nərmin Qarayeva yarışın “Formula 1” Avropa Qran-prisinə tələbə-könüllülərin dəstəyini nümayiş etdirmək üçün yaxşı imkan olduğunu bildirib.
Qeyd olunub ki, “Bir” Tələbə-Könüllü Proqramı və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında “Formula 1” Avropa Qran-prisi çərçivəsində rəsmi əməkdaşlıq memorandumu imzalanıb.
"Bir" Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən 15 ali təhsil müəssisəsini əhatə etməklə, tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması, tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədi ilə yaradılan uzunmüddətli proqramdır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info