Səbaildə Qələbənin 71-ci ildönümü qeyd olunub
Tarix: 07.05.2016 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur.
Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməcliklər keçirilmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur.
Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.
Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.
Tədbrin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səslənmişdir. Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulmuş, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.
Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.
Bildirilmişdir ki, Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır».
Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 71 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi, veteranlara olan digər qayğılar ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı «İntellekt» liseyin yeni tədris korpusunda davam etdirilmişdir.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə veteranlara hədiyyələr və maddi yadım təqdim olunmuşdur.






 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuatın 144 illiyi qeyd edilib
22.07.2019
Masallının “Yeni həyat“ qəzetinin redaksiyasında Milli Mətbuat Günü qeyd edilib
22.07.2019
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info