Kanada: xilasetmə xidmətləri alovla bacara bilmir
Tarix: 07.05.2016 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Kanadanın Alberta əyalətində tüğyan edən yanğınların sahəsi artmaqda davam edir. Sinoptiklər hələ ki, xoş xəbər verə bilmir: şənbə və bazar günləri külək güclənəcək və alov yeni rayonlara yayılacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hazırda yanğınlar 85 min hektardan çox ərazini bürüyüb. Regionda küləyin sürəti saniyədə 20 metrə çatır. Eyni zamanda, isti hava şəraiti davam edir.
Xilasetmə xidmətləri yaranmış şəraitdə alovla bacara bilmədiklərini faktiki olaraq etiraf edirlər. Əməliyyatlara 1000-dən çox yanğınsöndürən, 150 helikopter, 27 xüsusi təyyarə və 250 ədəd ağır texnika cəlb olunub.
Xatırladaq ki, Alberta əyalətində yanğınlar ötən bazar günündən başlayıb. Mayın 3-də bölgədə fövqəladə vəziyyət rejimi elan edilib və əhalinin miqyaslı təxliyəsi başlayıb. Artıq təhlükəli rayonlardan 100 min nəfərə qədər insan köçürülüb.
Yanğınlardan ən çox Fort-Makmürrey şəhəri zərər görüb. Burada 1,6 minə qədər ev yanıb və 88 minlik əhalinin hamısı şəhəri tərk etmək məcburiyyətində qalıb. Bəzi yerlərdə alovun hündürlüyü 60 metrə çatır. Xoşbəxtlikdən insanlar arasında tələfat qeydə alınmayıb. İtkin düşənlər barədə də məlumat verilmir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info