“Neft Fondu TANAP-da iştirakçı kimi çıxış edəcək”
Tarix: 02.03.2013 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) TANAP layihəsində iştirakçı kimi çıxış edəcək. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayev onu da qeyd edib ki, fond TANAP-da iştirakına görə layihənin gəlirlərindən divident də götürəcək və ARDNF-in bu layihədəki payı Azərbaycanın ümumi olan 51% payının tərkibində olacaq: “Artıq Dövlət Neft Fondunun ARDNŞ-in layihələrində pay almaq praktikası mövcuddur. Belə ki, bir qədər bundan əvvəl ARDNF Dövlət Neft Şirkətinin Türkiyədəki “Star” layihəsi çərçivəsində paya sahib olub”. Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı inşa edilən stadionun tikintisi prosesinə ciddi dəyişikliklər edilib. Onun sözlərinə görə, əgər stadionun tikintisinə dair əvvəlki təkliflərdə tikinti işlərinin 46 aya başa çatdırılması nəzərdə tutulurdusa, Bakı şəhərinin Olimpiya Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar vəziyyət dəyişib: “Olimpiya stadionu 2015-ci ilin fevral ayınadək təhvil verilməlidir. Bununla əlaqədar beynəlxalq praktikaya uyğun olaraq, stadionun tikintisinə yeni şirkətlər cəlb edilib və tikinti «open book» üsulu ilə aparılacaq. Yəni, hər bir şirkət gördüyü işlərə görə pulunu alacaq”. R.Abdullayev həmçinin bildirib ki, Bakıda inşa olunan stadionun tikintisinə başlayarkən London Olimpiya Stadionunun parametrləri əsas götürülüb. ARDNŞ başçısı qeyd edib ki, Bakıdakı Olimpiya stadionu texniki imkan və yaradılan şəraitə görə London Olimpiya stadionundan üstün olacaq. Belə ki, əgər Londondakı stadionda daimi oturacaq yerləri 25 min təşkil edir və stadionun üstünün yalnız 27%-i örtülürsə, Bakı Olimpiya stadionunda oturacaqların sayı 64 min olacaq, stadionun üstü isə 80% bağlana biləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info