Heydər Əliyevin anadan olmasının ildönümü Çində qeyd edilib
Tarix: 10.05.2016 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə Azərbaycanın Çindəki səfirliyində tədbir keçirilib. Pekində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən danışılıb.Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov Ümummilli Liderin həyatına nəzər salaraq bildirib ki, Heydər Əliyev bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir bir şəxsiyyət olub. Ulu Öndər xalqına və Vətəninə xidmət edib, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı, tərəqqisi üçün əlindən gələni edib. Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı.Vurğulanıb ki, Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, eləcə də bütün bəşəriyyət qarşısında böyük xidmətləri olub. Onun təşəbbüsü ilə Böyük İpək Yolunun bərpası istiqamətində işlərə başlanılıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri inşa edilib, Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində işlər sona çatmaq üzrədir. Bütün bunlar dünya iqtisadiyyatının inteqrasiyasının dərinləşməsinə, təkcə regionda deyil, eləcə də Avrasiyada, dünyada sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən layihələrdir.Sonda Ulu Öndərin həyatından bəhs edən film nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info