“Süddeutsche Zeitung”: “Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir”
Tarix: 10.05.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Almaniyanın ən böyük tirajlı qəzetlərindən olan “Süddeutsche Zeitung” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Nifrət bağında” başlıqlı məqalə dərc edilib.
Məqalədə Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olması vurğulanır. Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Qeyd edilir ki, Sovet İttifaqının sonlarında qızışan münaqişə nəticəsində azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Sovet İttifaqının dağılmasından sonra münaqişə Ermənistan və Azərbaycan arasında müharibəyə çevrilib. Müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib.Bildirilir ki, müharibə Azərbaycan üçün Dağlıq Qarabağ və yeddi ətraf rayonun itirilməsi ilə yanaşı, Xocalı faciəsi kimi yara da buraxıb. “Human Rights Watch” təşkilatının məlumatına görə, 1992-ci ilin fevralında baş vermiş Xocalı qətliamında yüzlərlə azərbaycanlı həlak olub.1994-cü ildən bəri atəşkəsin hökm sürdüyü barədə məlumat verilən məqalədə deyilir ki, Azərbaycan öz mövqeyində beynəlxalq hüquqa əsaslanır. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Azərbaycanın mövqeyi dəstəklənir və işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması tələb olunur. Bildirilir ki, vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ATƏT-in münaqişənin həllinə dair təklifini qəbul etmək istəyərkən istefaya məcbur olunub.Məqalədə, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın Berlinə səfəri zamanı yüzlərlə azərbaycanlının Almaniya Kansler Administrasiyasının qarşısında toplaşaraq, əllərində Azərbaycan bayrağı və “Dağlıq Qarabağın işğalını dayandırın!” şüarı yazılmış plakatlarla bu səfərə etiraz etməsi barədə məlumat verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info