DSX-nın Akademiyasında Qələbə günü ilə bağlı tədbir keçirilib
Tarix: 10.05.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Trend-ə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurası sədrinin müavini Cəlil Xəlilov, Xətai rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurasının sədri Nəcibə Məhərrəmova və müharibə veteranları iştirak edimlər. Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən cox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 123 nəfər həmyerlimizin "Sovet İttifaqı Qəhrəmanı" adına və 170 min nəfərin müxtəlif orden və medallara layiq görülməsindən, Azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışıblar. Ölkəmizdə 1941-1945-ci illərdə faşizm üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Yaxın zamanlarda Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən erməni faşistlərinə layiqli cavab veriləcəyinə, dövlətimizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycan dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunub. Akademiyanın rəisi polkovnik Elşən Verdiyev veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini, xalqımızın Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və rəşadətin gələcək nəsillərə daim nümunə olacağını bildirib.Tədbirdə iştirak edən veteranlara hədiyyələr təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.Sonda Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info