Gömrük orqanları əməkdaşlarının andiçmə mərasimi keçirilib
Tarix: 10.05.2016 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib. 
Komitədən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə güllər düzüb, xatirəsini anıblar. Sonra Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib. 
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günündə keçirilən Gömrükçü Andının əhəmiyyətinə toxunub, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. S.Mehdiyevin sözlərinə görə, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər. 
Komitə sədrinin birinci müavini müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib. Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan DGK sədrinin birinci müavini gənc gömrük əməkdaşlarına tövsiyələrini verib, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əliyev amallarına sadiq qalmağa səsləyib. 
Daha sonra gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 30 nəfər əməkdaş Gömrükçü Andı içib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info