Yunanıstanın AB-dən “amputasiya”sı yaxınlaşır
Tarix: 10.05.2016 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Afina işsizlikdən və yoxsulluq səviyyəsinin artmasından əziyyət çəkən əhalinin qarşısını almaq üçün polisə müraciət etməyə vadar olub


Avropa Birliyi ölkələrini bürüyən iqtisadi tənəzzül, siyasi narahatlıqlar və sair məsələlər, birliyə üzv ölkələrin bir çoxunda özünü daha kəskin büruzə verməkdədir. Bir müddət öncə - hələ Böyük Britaniyadakı “brekzit”dən(Britaniyanın AB-dən çıxmasını əks etdirən söz) əvvəl “qrekzit”lə gündəmə gələn və təlatümlər yaşayan Yunanıstanda iqtisadi və ictimai-siyasi situasiya daha da kəskinləşib. Xatırladaq ki, hələ bir neçə il öncə Almaniya siyasətçiləri Yunanıstanın Avropa Birliyindən siyasi “amputasiya” edilməsini, yaxud borcdan çıxmaq üçün ölkənin öz adalarını satmasını tələb edirdilər. Aradan bir neçə il keçməsinə baxmayaraq, AB Yunanıstan problemini hələ də həll edə bilməyib, əksinə, bu ölkə daha çox işsizliyə, aclığa və yoxsulluğa sürüklənib.
“The Guardian”ın bu barədə araşdırması da deyilənləri təsdiq edir: “71 yaşlı yunan Kostis Narkos təqaüdə çıxmalı olduğu halda, özünün Afinada yerləşən kiçik mağazasında neçə illərdir, alt geyimləri və corab satmaqla məşğuldur. O, ölkəsində vergilərin və sosial təminatla bağlı ödəmələrin artmasından, pensiyasının kəsilməsindən və yoxsulluqdan şikayət edir: “Mənim gəlir vergilərim 29 faizə qədər, sosial təminatla bağlı ödəmələrim isə 20 faiz artıb, pensiyam 50 avro aşağı düşüb. Hökumət hər şeyə görə vergi tətbiq edir.Bu isə məni dəli edir”.
Bu barədə “The Guardian”a müsahibə verən qoca yunan özünün bu cür iqtisadi çətinliklərə və vergi yükləmələrinə görə hər gün artan qəzəbini ifadə edib. O daha sonra bildirib ki, hər kəs bu baxımdan özünü təhqir olunmuş sayır: “Bu adamlar hökumət tərəfindən təhqir olunublar, ona görə də indi hökuməti təhqir edirlər, baş nazir Aleksis Çiprası yalançı adlandırırlar. Parlamentin bazar günü bu sahədə daha sərt tədbirlər görülməsi ilə bağlı qərarından sonra insanlar tələblərini daha da sərtləşdirdilər və indi hamı Çiprası yalançı sayır. Çünki onun vəd etdiyi, söz verdiyi hər şey yalan və əfsanə imiş”.
“The Guardian” bir neçə Yunanıstan vətəndaşından bənzər bədbin açıqlamalr götürüb və bu açıqlamalar hazırda ölkənin hansı situasiyaya düçar olduğunu aydın göstərmiş olur.
Yazıda qeyd edilir ki, borcla yüklənmiş ölkənin maliyyə sistemi çökənə qədər, bu cür kiçik mağaza və dükanlar Yunanıstan üçün vacib rol oynayırdı. Amma indi Narkos kimi kiçik bakkallar üçün həyat daha ağrılı olub. Hər kəs kimi, Narkos kimilər də Çiprasın solçu Siriza partiyasına səs vermişdilər. Belə ki, sərt tədbirlərin aradan qaldırılması platforması əsasında hakimiyyətə gəlmiş Çipras, indi ən sərt tədbirlərə əl atıb – pensiya və təqaüdlər ixtisara salınıb, vergilər qaldırılıb, sosial təminatla bağlı vətəndaşların daha yüksək ödəmələr etmələrinə qərar verilib.
Hakim partiyanı təmsil edən deputatlar bazar günü parlamentdə sözügedən sahədə qərarların sərtləşdirilməsinə səs verən kimi, şəhər mərkəzinin geniş bir ərazisini dövrəyə alan polis gözyaşardıcı qazlar və su şırnaqları ilə minlərlə etirazçıları qovmağa çalışıb.
Yazıda bildirilir ki, 4,5 milyard avroluq büdcə yığımlarını nəzərdə tutan son sərt tədbirlər, ölkədə yeni eranın başlanğıcıdır. Ölkənin “çulunu sudan çıxarmaq üçün” beynəlxalq kreditorlarla 9 aylıq dava-mərəkədən sonra, Afina, indi işsizlikdən və yoxsulluq səviyyəsinin artmasından əziyyət çəkən əhalinin qarşısını almaq üçün polisə müraciət etməyə vadar olub.
O da qeyd edilir ki, Yunanıstanın daxili borcları 220 milyarda yaxındır ki, bunun da 119 milyard avrosu işləməyən istiqrazlara aiddir. Ölkənin xarici borcları isə 330 milyard avro həcmində qiymətləndirilir.

Sərt tədbirlərin aradan qaldırılması platforması əsasında hakimiyyətə gəlmiş Çipras, indi ən sərt tədbirlərə əl atıb – pensiya və təqaüdlər ixtisara salınıb, vergilər qaldırılıb, sosial təminatla bağlı vətəndaşların daha yüksək ödəmələr etmələrinə qərar verilib


Bundan başqa, rəyi soruşulan yunanlar qeyd edirlər ki, vergi deklarasiyası ilə bağlı məsələ tezliklə həll edilməlidir. Bunun sentyabra qədər həllini tapacağına inanırlar. Yaxud da həmin ərəfədə sosial partlayışın baş verəcəyinə də güman var. Bütün bunlar isə proseslərin gedişindən asılıdır və siyasi qərarlar ayı olan sentyabrın bu baxımdan həlledici olacağı proqnozlaşdırılır.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info