“Ötən illə müqayisədə 2,5 dəfə çox pambıq sahələri əkiləcək”
Tarix: 10.05.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda təxminən 1 milyon 350 min hektar suvarılan sahənin 40 min hektara yaxın sahəsində şoranlaşmış torpaq var. Bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov bu gün jurnalistlərə deyib.
Sədr müavini qeyd edib ki, həmin torpaqlarda da qismən şoranlaşma var, ona görə də onlarda qismən əkin aparmaq mümkündür. R.Abbasovun sözlərinə görə, hazırda Azərbaycanda suvarılan sahələrdə elə bir torpaq sahəsi yoxdur ki, orada tam şoranlaşma olsun və orada əkin işləri aparmaq mümkün olmasın.
Sədr müavini əlavə edib ki, ötən illə müqayisədə bu il anbarlarda su xeyli yuxarı olub: "Buna görə də bu il suvarma ilə bağlı problemin olacağı gözlənilmir".
Suvarma işinin təşklili üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini deyən R.Abbasov bildirib ki, bu il ötən illə müqayisədə 2,5 dəfə çox pambıq sahələri əkiləcək: "Bunların da əksəriyyəti artıq yerlərdə əkilib. Bizim nümayəndələr hər həftə yerlərdə olur, heç bir problem yoxdur. Pambıq sahələrinin suvarılmasında da bizim tərəfimizdən hər hansı problemin olacağı gözlənilmir. Suvarma ilə bağlı müəyyən çətinliklər olur. Cətinliklər odur ki, özəlləşdirmədən sonra əhalinin əksəriyyətinin torpağının sahəsi 2 hektardan 5 hektaradəkdir. Bir suvarma şəbəkəsi üzərində bir necə əkin əkilir, suya isə müxtəlif vaxtlarda müxtəlif qədər tələbat olur. Bu da torpaq sahibləri arasında müəyyən narazılıqların yaranmasına gətirib çıxarır".

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info