Naxçıvanda Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub
Tarix: 10.05.2016 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzüblər.
Ümummilli lider Heydər Əliyevin mənalı ömrü xalqa xidmət, Vətənə məhəbbət nümunəsidir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaradıb. Bu konsepsiya əsasında xalqımız öz həqiqi dövlət müstəqilliyinə qovuşub.
1969-1982-ci illərdə Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı aqrar respublikadan sənaye respublikasına çevirib, ölkədə genişmiqyaslı quruculuq işləri aparılıb, iri sənaye müəssisələri fəaliyyətə başlayıb, tarixi-mədəni irsimizə, milli dəyərlərimizə qayğı göstərilib, milli kadrların hazırlanması prosesinin əsası qoyulub. Ümummilli Liderimizin hələ SSRİ-nin mövcud olduğu dövrdə cəsarətlə və uzaqgörənliklə həyata keçirdiyi bu tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin və xalqımızın firavan həyatının möhkəm təməlini yaradıb.
Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başlayıb, torpaqlarımız işğal edilib, xalqımıza qarşı Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı törədilib. Xalqın əsl xilaskara ehtiyacı olduğu belə bir dövrdə bütün məsuliyyəti çiyinlərinə götürən dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başlayıb, Azərbaycanın qurtuluş və inkişaf tarixini yazıb. Dahi şəxsiyyət muxtar respublikanın rəhbəri olduğu 1991-1993-cü illərdə xalqımız üçün həyati əhəmiyyət daşıyan mühüm tarixi qərarlar qəbul edib.
Ümummilli Liderimizin 1993-cü il iyunun 15-də respublikamızda ali hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir. Tarixi zərurətdən yaranan bu Qayıdışla xalqımız müstəqil dövlətçiliyini itirmək təhlükəsindən xilas olub. Ulu Öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarı ilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğruldub, ölkə həyatının bütün sahələrində dönüş yaranıb, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyulub. Azərbaycanda güclü ordu formalaşıb.
Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan güclü iqtisadiyyatı və beynəlxalq nüfuzu ilə artıq dünya dövlətləri sırasında layiqli yerini tutub. Ümummilli Liderin ideyaları Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurub. Dahi şəxsiyyətin xalqımızın tərəqqisi naminə irəli sürdüyü inkişaf konsepsiyası, irimiqyaslı proqramlar muxtar respublikada uğurla həyata keçirilir.
Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev yolunun alternativi yoxdur. Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də bütün titul və adlardan ən yüksəyini – öz sağlığında xalqın Ümummilli Lideri adını qazanmış Dahi Şəxsiyyətdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Muzeylə tanışlıqdan sonra Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin memarı, qurucusu, xilaskarı və əbədiyaşar lideridir. O insanlar tarixdə əbədi yaşayır ki, onun həyat və fəaliyyəti xalqına və dövlətinə həsr olunsun. Ulu öndər Heydər Əliyev belə görkəmli şəxsiyyətlərdəndir. Ümummilli Liderin ideyaları bu gün də yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev dahi şəxsiyyətin yolunu, ideyalarını davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib, dahi şəxsiyyətin adını daşıyan mədəniyyət və istirahət parklarında xalq gəzintiləri təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info