Sharh.uz: “Azərbaycanın qədim şəhəri olan Şuşa ermənilər tərəfdən işğal edilib”
Tarix: 10.05.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Sharh.uz portalında özbək dilində “Şuşa-Azərbaycan musiqisinin beşiyi” adlı məqalə yayılıb.Jurnalist Şərafəddin Tulaqanovun müəllifi olduğu məqalədə deyilir ki, 24 il bundan əvvəl - 1992-ci il mayın 8-də Azərbaycanın qədim şəhəri olan Şuşa ermənilər tərəfdən işğal edilib. Şuşa Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası adlandırılıb.Məqalədə Şuşa şəhərinin Azərbaycan musiqisinə və ədəbiyyatına böyük töhfələr verdiyi bildirilir, bu şəhərdə yaşayan musiqiçilər, muğam ustaları, şairlər haqqında söhbət açılır, muğam sənəti ilə bağlı oxuculara məlumat verilir. Bildirilir ki, həmin gün 23 min 156 insan doğma şəhərindən qovulub, 197 nəfər həlak olub, 300-dən artıq adam yaralanıb.Müəllif Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində şuşalıların şəhəri tərk etdiklərini bildirir. Qeyd olunur ki, şəhər işğal edilənə qədər Şuşada 248 tarixi memarlıq abidəsi, musiqi məktəbləri, muzey, kitabxana və digər sosial-məişət obyektləri olub. Ermənilərin təcavüzü nəticəsində bunlar dağıdılıb, şəhər yerlə-yeksan edilib, əhali ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşmağa məcbur olub.Məqalədə Şuşanın tarixi haqqında da ətraflı məlumat verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info