Gənclərin Heydər Əliyev məsuliyyəti və sadiqliyi
Tarix: 10.05.2016 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Müasir dövrdə gənclərin hərtərəfli inkişaf edib, əhəmiyyətli sahələrdə çalışması və tutduqları mövqedə yüksək nəaliyyətlər qazanması olduqca labüd bir məsələdir. Gənclər ordusu tarixən aparıcı qüvvə olmuş və daim ictimai-siyasi proseslərdə fəal iştirak etmişdir. Təbiidir ki, biz gənclərin ölkəmizə yararlı kadr olması üçün, ilk öncə, savadlı, dərrakəli, intelektli, dünyagörüşlü olmağımız əsas şərtdir. Bu şərtlərin hər birini Ulu Öndər Heydər Əliyev hələ 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu zamanı bildirmişdir. Forumda Heydər Əliyevin qeyd etdiyi hər bir fikrin həyata keçirilməsi, ümumilikdə, biz gənclərin inkişaf etdirilməsi üçün həmin gündən etibarən böyük imkanlar yaradılmışdır. Sanki, sözü gedən forum respublika gənclərinin müasir zamanda dünyagörüşlü olması və dövlətimizə bütün sahələrdə xeyir verməsi üçün atılmış ilk və ən önəmli addım idi. Bu, məhz müdrik siyasətçi, görkəmli elm xadimi, xalqımızın Ulu Öndəri Heydər Əliyevin onlarla siyasətindən sadəcə olaraq biri idi.
Bu gün Azərbaycan Respublikasında elə bir sahə yoxdur ki, Ümummilli Lider Heydər Əliyevin imzası olmasın, onun düşüncəsinə istinad edilməsin.
Xüsusi olaraq, diqqəti gənclər sahəsinə yönəltməyi özümə borc bilirəm. Hazırda respublikamızda inkişaf tempinə görə ən yüksək pillədə öz əksini tapmış sahə məhz gənclər sektorudur. Bu, təbiidir ki, Ulu Öndərimizin parlaq siyasətinin bariz nümunəsidir. Bir zamanlar əgər respublika gənclərinin fəaliyyəti yox səviyyəsində və ya ölkə daxili idisə, bu gün gənclər beynəlxalq tribunalardan, beynəlxalq təşkilatlardan, diaspor və xarici ölkələrdəki xüsusi nümayəndəliklərdən öz sözlərini deməyi bacarır və Azərbaycanımızın inkişafı naminə daim dəstək olurlar. Bu, çox sevindirici haldır. Ümummilli Liderimizin də amalı məhz bu idi və bu gün ölkə rəhbərimizin - Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin timsalında, başçılığı altında bütün bu sözü gedən uğurlara nail olmuşuq.
Ölkə rəhbərinin sonsuz diqqəti nəticəsində, hazırda təkcə Bakıda deyil, ölkəmizin bütün rayon, qəsəbə, kənd ərazilərində də çoxsaylı tədbirlər, layihələr keçirilib, həmin ərazilərdə yaşayan bütün gənclər bu ictimai prosesə sövq edilir.
2 mart, 2016-cı il tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin təsis olunması yuxarıda qeyd olunan məsələnin bariz nümunəsidir. Yaradıldığı gündən etibarən, Anar Ələkbərovun başçılığı ilə Respublikamızın müxtəlif regionlarında, kəndlərdə, rayonlarda yaşayan gənclər ilə səyyar görüşlər keçirilib, sözü gedən gəncləri müxtəlif layihələrə, təşkilatlara üzv olmağa, dövlətimizin sosial-iqtisadi, ictimai fəaliyyətində yaxından və fəal şəkildə iştirak etməsinə olduqca böyük şərait yaratmışdır.
Respublika gənclərinin savadı, intellekti bu gün dünənki kimi, illər əvvəlki kimi deyil. Artıq olduqca böyük uğurlara nail olmaq iddiasında olan bir gənclər ordusudur. Hansı ki, bu ordu daim İlham Əliyev cənablarının ətrafında sıx yumruq tək birləşib, məqsədyönlü siyasətin daimi olaraq dəstəkçiləridir. Belə gənclər ordusunun olması ilə və həmin ordunun üzvü olmağımla fəxr edirəm. Yaşasın Azərbaycan gəncliyi !
Bu gün region gənclərinin inkişafı ölkə rəhbərliyinin nəzərindədir. Bununla bağlı Gənclər Fondunun keçirtdiyi qrant müsabiqələri olduqca önəmlidir. 8-ci qrant müsabiqəsinin qalibi olaraq vurğulamaq istərdim ki, fond tərəfindən həyata keçirilən, dəstəklənən bütün layihələr nə xoş ki biz gənclərin özünü inkişaf etdirilməsi amalından başlanılıb və ümumilikdə, böyük gənclər ordusunun inkişafına xidmət edir.
Azərbaycan gəncliyi olduqca xoşbəxt bir gənclərdir. Çünki bizim gənclik dövrümüz respublikamızın müstəqillik dövrünə təsadüf edir. Bu il müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. 25 illik azadlığı olan dövlətimizin gənclərinin hazırki zamanda qazandığı uğurlara nəzər salsaq, kifayət qədər təqdirə layiq halların şahidi ola bilərik. Bundan əlavə olaraq, bildirmək istərdim ki, bugünki gənclik ona görə xoşbəxtdir ki, bütün gənclərin bir lideri var. O da Ulu Öndərin layiqli davamçısı İlham Əliyev cənablarıdır. İstənilən an ölkə rəhbərinin ətrafında sıx birləşə bilən, lazım gəldiyi halda Vətənin müdafiəsinə könüllü bir şəkildə can atan vətənpərvər gənclər ordusu ilə qürur hissi keçirtməmək qeyri mümkündür. Xüsusi olaraq, gənclərin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini Ümummilli Liderimiz dəfələrlə öz çıxışlarında qeyd etmişdir. 2016-cı ilin aprel ayında baş verən hadisələr zamanı biz gənclərdə vətənpərvərlik hisslərinin ən yüksək səviyyədə olduğunun bütün cəmiyyət üzvləri ilə birlikdə şahidi olduq. Bu hal bir daha özü-özlüyündə isbatladı ki, “Gənclərin Heydər Əliyev məsuliyyəti və sadiqliyi” hər zaman özünü doğrultmuşdur.
Bu gün gənclər öz qəlblərində Ulu Öndər sevgisini yaşadıb, onun məsuliyyətinin necə də böyük olduğunu dərk edirlər. Və bu, Azərbaycan xalqının xoşbəxt gənclər ordusunun varlığından xəbər verir.
Dünya təcrübəsindən məlumdur ki, hər bir gənc öz siyasi xadimi ilə fəxr edir, onun sitatlarından daim istifadə edir. Mən də, həmçinin Ulu Öndər Heydər Əluyevin bizim üçün yaradıb, inkişaf etdirdiyi Azərbaycanda yaşamağımla və ölkəmizin qurucusu Ümummilli Liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyətimizin müasiri olmağımla qürur hissi keçirdirəm ! Ruhu qarşısında baş əyirəm !



Murad Cənnətov
YAP Sabunçu RT-nın üzvü




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info