Səfirimizin çıxışı Fransa Coğrafiya Cəmiyyətinin saytında yerləşdirib
Tarix: 10.05.2016 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Fransa Coğrafiya Cəmiyyətinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü və dəstəyi ilə Senatda ölkəmizlə bağlı mart ayında təşkil olunan debatda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun etdiyi çıxışın mətni Cəmiyyətin internet saytında yerləşdirilib. Diplomat debatda Azərbaycanın tarixi haqqında danışıb, onun müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu vurğulayıb. O, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və təcavüzkar siyasətindən danışıb. Bildirib ki, Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur.Diplomat Azərbaycanın dünyada sülhün qorunub saxlanmasına, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən də söhbət açıb, həmçinin ölkəmizin iqtisadi nailiyyətləri, enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyası sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini vurğulayan səfir ölkəmizdəki multikulturalizm ənənələrindən, dini tolerantlıqdan söz açıb. O, mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrilən Azərbaycanın dünyada antisemitizm əlamətləri olmayan yeganə ölkə olduğunu diqqətə çatdırıb.Azərbaycan-Fransa əlaqələrinə toxunan diplomat ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib, onun Strasburqda və Fransanın digər regionlarındakı kilsələrin təmirində, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində yaxından iştirak etdiyini bildirib. Səfir Fondun Fransada mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən ətraflı söhbət açıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info