Sumqayıt Dövlət Dram Teatrı repertuarını yeni tamaşalarla zənginləşdirir
Tarix: 10.05.2016 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Dram Teatrı repertuarını yeni tamaşalarla zənginləşdirir. Bu yaxınlarda teatrın səhnəsində Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb”, Atol Fuqardın “Qan qardaşları” və İsi Məlikzadənin “Sultanqulu körpüsü” əsərlərinin premyeraları olacaq. Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb” pyesi ailə-məişət mövzusunda yazılıb. Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur. Rollarda Əməkdar artist Fəranə Musayeva, aktyorlar Dağlar Rüstəmov, Akif Mirzəyev, Xatirə Süleymanova, Şəmistan Süleymanlı, Vəfa Qurbanova, İlahə Səfərova, Elmir Mehdiyev oynayırlar. Atol Fuqardın “Qan qardaşları” psixoloji ailə dramına teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmov quruluş verib. Rolları Əməkdar Artist Rauf Ağakişiyev, aktyor Oktay Mehdiyev canlandırırlar. Qaradərili, qul taleyi yaşayan iki qardaşın həyat uğrunda mübarizəsi əsərin süjet xəttini təşkil edir. Onlar acınacaqlı həyatlarını qismən dəyişməkdən ötrü yığdıqları qəpik-quruşla ferma almaq arzusu ilə yaşayırlar. Lakin ağdərili adamların hökmranlıq etdiyi cəmiyyətdə hər şey qardaşların əleyhinə işləyir. Buna baxmayaraq onlar mənəvi keyfiyyətlərini qoruyub saxlamağı bacarırlar. İsi Məlikzadənin “Sultanqulu körpüsü” sosial komediyasında baş verən hadisələr də sovet rejimi dövrünə təsadüf edir. Əsərdə 80-ci illərdə Azərbaycan kəndinin ictimai ab-havası öz əksini tapıb. Rollarda Əməkdar Artist İlahə Səfərova, aktyorlar Mövsüm Hüseynov, İlqar İbrahimov, İlham Səfərli, Dağlar Rüstəmov, Mətləb Səfərli, Yalçın Səlimov və başqaları çıxış edirlər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədovdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info