“Erməni xalqı ona qənim kəsilən, ölkəni müflis edən Sərkisyanınmı ətrafında birləşməlidir?”
Tarix: 11.05.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Ötən ay təmas xəttində acı məğlubiyyətlə üzləşən ermənilərin “komandos” ləqəbi ilə təqdim etdikləri general Ter-Tedevosyan dünya ermənilərinə müraciət edərək onları milli birliyə dəvət etmişdi. O, Azərbaycan ordusunun daha əvvəlki ordu olmadığını və dörd günlük müharibə ərzində bütün məqsədlərinə çatdığını etiraf etmək məcburiyyətində qalmışdı.
Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyan da Dağlıq Qarabağa etdiyi səfər zamanı öz millətçi erməni xislətini gizlədə bilməyərək hamını birləşərək Qarabağın maraqlarını müdafiə etməyə çağırmışdı. Lakin maraqlı nüans budur ki, sadə erməni xalqı bu çağırışlara qulaq asmır. Ermənistanda fəaliyyətdə olan “Yeni zaman” partiyasının sədri Aram Karapetyan “Birinci informasiya” saytının əməkdaşı ilə söhbətində maraqlı məqamlara toxunub. O, müsahibəsində cavabı bəlli olan suallar səsləndirib: “Xalq kimin ətrafında birləşməlidir? Hakimiyyətə gələndən bəri sadə erməni xalqına qənim kəsilən, onun hüquqlarını tapdalayan və ən nəhayət ölkəni müflis gününə salan Serj Sərkisyanınmı? Dörd günlük müharibədə acı məğlubiyyətlə üzləşən “Qafqazın məğlubedilməz ordusu” kimi təqdim etdikləri səfalət içində olan erməni ordusununmu? Və ya xalqın qəzəbindən sığortalanmaq üçün üç generalı istefaya göndərməklə məsuliyyətdən yaxa qurtarmağa çalışan və kənar qüvvələr tərəfindən idarə olunan prezidentinmi”. Separatçı Qarabağ rejiminin “müstəqilliyi” məsələsinə toxunan Aram Karapetyan Ermənistan parlamentinin bu istiqamətdəki fəaliyyətini siyasi şantajdan başqa bir şey olmadığını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info