“Neft kapitalını insan kapitalına yatırmaq uğurlu mövqedir”
Tarix: 11.05.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Fərid Alməmmədov: “Ulu öndər dövlətinə, millətinə bağlı olan və bu amalla çalışan hər bir gənc üçün örnəkdir”

Azərbaycan gəncliyi ona olan etimadı ictimai fəallığı, elmi, bacarığı ilə doğrultmağa çalışır. Gənclərimiz bununla, dövlətə və ulu öndər Heydər Əliyevə sədaqətlərini nümayiş etdirirlər. Gənclər çalışırlar ki, dövlətin onlar üçün yaratdığı imkandan vətənpərvərcəsinə yararlansınlar. Elə müsahibimiz Fərid Alməmmədov da bu amalla yaşayan gənclərimizdəndir. Qeyd edək ki, Fərid Alməmmədov Azərbaycan Dövlət Aqrar Universtetinin Dünya iqtisadiyyatı ixtisasının 3-cü kurs tələbəsidir. YAP üzvü olan Fərid Alməmmədov, eyni zamanda “Gəncə Avropa Gənclər Paytaxtı-2016”-nın bələdçi könüllüsüdür.
- Dövlətin gənclərə göstərdiyi qayğı və diqqət onların qarşısında hansı vəzifələr qoyur?
- Fikrimcə, dövlətimizin apardığı uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz ideyalarını reallaşdıra bilər. Dünya düzəninə nəzər salsaq, görərik ki, heç bir ölkədə bu gün gənclər donor alıb ideyalarını reallaşdıra bilmirlər. Bu gün Azərbaycanda Prezident yanında Gənclər Fondu bu missiyanı həyata keçirir. 14 yaşdan 29 yaşadək hər bir azərbaycanlı gənc oz ideyalarını layihələşdirib həmin fonda təqdim edərək qrant qazanıb ideyalarını reallaşdırırlar. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda bir çox idman, musiqi, mədəniyyət, tanıtım və s. xarakterli dünya və Avropa miqyasında layihələr keçirilir. Neft kapitalını insan kapitalına yatırmaq özü bir uğurlu mövqedir.
- Gənclər milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşmasında ulu öndər Heydər Əliyevin nə kimi qayğısı və diqqəti olub?
-Əlbəttə ki, məhz ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasında SSRİ-dən fərqli olaraq azadlıq, demokratiya formalaşmağa başladı. Bu dövrdən etibarən Azərbaycan vətəndaşları dünyaya azad inteqrasiya etməyə başladılar. Əhalinin sosial rifah halı daha da yaxşılaşmağa başladı. Azərbaycan dövləti öz ordusunu yaratdı, öz xalqının gələcəyini ön plana çəkdi. Azərbaycan gəncliyi dünyada öz vətənini layiqincə təmsil etməyə başladı. Ulu öndər dövlətinə, millətinə bağlı olan və bu amalla çalışan hər bir gənc üçün örnəkdir.
-YAP bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən gəncləri nə dərəcədə öz ətrafında birləşdirib?
- YAP bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirir. YAP üzvlərinin böyük bir hissəsini təşkil edən gənclər həmişə partiyanın diqqət mərkəzində olub. Yarandığı tarixdən YAP öz ənənələrinə sadiq qalaraq bu gün də gənclərin milli-mənəvi tərbiyəsində, onların vətənə məhəbbət ruhunda tərbiyə olunmasında, dövlət quruculuğu prosesində iştirakının daha da artırılmasında və digər vacib istiqamətlərdə əhəmiyyətli işlər görməkdədir. YAP gənclərin ictimai-siyasi həyatda rolunun artırılması, onların layiqli vətəndaş kimi yetişməsi, elmi biliklərinin daha da təkmilləşdirilməsi istiqamətində də bir çox layihələr həyata keçirib və bu istiqamətlərdə işlər davam etdirilməkdədir.
-İndiki vəziyyətdə gənclərin üzərinə hansı məsuliyyət düşür?
- Gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün də bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradılıb. Biz gənclər bunu çox yüksək dəyərləndiririk. Bu qayğı və diqqət bizi fəaliyyətimizdə daha məsuliyyətli olmağa və daha əzmlə çalışmağa sövq edir.
Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. Ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyur.
Azərbaycan gəncliyi qarşısına qoyulan vəzifələr, yaradılan bütün şəraitdən hərtərəfli və geniş istifadə etməli, yararlanmalıdır. Gənclər həm mükəmməl təhsilə yiyələnməli, həm də boş vaxtlarından səmərəli istifadə etməlidirlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info