Erməni lobbisi «Daş yuxular»dan Azərbaycana qarşı istifadə edir
Tarix: 02.03.2013 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


Ermənipərəst konqresmenlər Pallone və Şiff Sumqayıt hadisələri ilə bağlı
bəyanatlarında Əkrəm Naibova istinad edirlər

Amerikalı konqresmenlər Frenk Pallone və Adam Şiff Sumqayıt hadisələrinin 25 illiyi ilə bağlı bəyanat yayıblar. Bu haqda «tert.am»ın yaydığı məlumatda xəbər verilir. Ermənipərəst konqresmenlər təbii ki, baş verənlərə obyektiv yanaşmayaraq xidmət etdikləri erməni lobbisinin maraqlarını ifadə ediblər.
Onsuz da Konqresdə erməni məsələsi üzrə komissiyanın həmsədri olan Frenk Pallone və ya daim antiazərbaycan çıxışları ilə məşhur olan Adam Şiffdən başqa mövqe gözlənilmirdi. Amma konqresmenlərin yaydığı və obyektivlikdən uzaq olan bəyanatda diqqətçəkən məqam nə qədər acı olsa da, onların Azərbaycan yazıçısı (!) Əkrəm Naibova istinad etməsidir. Adam Şiff ermənilərə həsr edilən «Daş yuxular» əsərinə görə azərbaycanlı yazıçıya qarşı münasibətə də toxunub. Ən dəhşətlisi odur ki, konqresmen bildirir ki, Əkrəmlə bağlı məsələ “Artsax”ın və onun xalqının düz yolda olduğunu göstərir. Konqresmen bəyanatında qeyd edir ki, bu məsələyə görə “Artsax” xalqına öz taleyini müstəqil şəkildə müəyyən etmək səlahiyyəti verilməli və bu bölgə Azərbaycanın tərkibində qalmamalıdır. Bu da Əkrəm Naibovun «Daş yuxuları»nın Azərbaycana vurduğu zərbə, ermənilərə verdiyi xeyir. Bu şəxsə deyəndə ki, onun bu əsəri Azərbaycan xalqının, dövlətinin maraqlarına zidddir, onu müdafiə edənlər əksini bildirirdilər. İndi ay Əkrəm, ay «ictimai palata» və «ziyalılar forumu», görürsünüzmü, erməni lobbisi bundan necə istifadə edir. Erməni lobbisi «Daş yuxular»dan istifadə edərək Azərbaycan dövlətinə qarşı təbliğat kampaniyasına start verib. Əkrəm Naibovun «xidmətlərinin» nəticəsidir ki, bu gün erməni lobbisi Xocalını unutdurmaq üçün ortaya atdığı Sumqayıt hadisələri ilə bağlı təbliğat kampaniyasında «Daş yuxular»dan istifadə edir. Bu azmış kimi Dağlıq Qarabağla bağlı məsələdə belə, «Daş yuxular»dan, Əkrəmdən istifadə edərək Azərbaycana qarşı təbliğat kimi yararlanırlar. Görəsən, Əkrəm Naibov indi anlayırmı ki, Azərbaycan xalqının, dövlətinin əleyhinə yazdığı bu əsərdən ermənilər necə məharətlə istifadə edirlər? Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində genişmiqyaslı iş həyata keçirir. Artıq bu işlər məntiqi nəticəsini verməkdə və Xocalı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmaqdadır. Soyqırımı tanıyan dövlətlərin sayı artmağa başlayıb. Belə bir məqamda ermənilər Xocalıya qarşı qondarma Sumqayıt hadisələri şousu düzəltməyə, Azərbaycanın güclü təbliğat kampaniyasının effektini azaltmağa çalışırlar. Və bunun üçün də «sapı özümüzdən olan baltadan»-Əkrəm Naibovdan istifadə edirlər. Azərbaycana qarşı aparılan təbliğat kampaniyasında erməni lobbisi, ermənipərəst konqresmenlər və Əkrəm Naibov bir hərəkət edirlər. Bəlkə də Əkrəmin istədiyi elə bu imiş. Azərbayca dövlətinin ermənilərə qarşı həyata keçirdiyi təbliğat kampaniyasına qarşı ermənilərə kömək etmək. Elə Əkrəmi müdafiə edib, onun ermənilərin təbliğatına xidmət edən, Azərbaycanın maraqlarına zidd olan əsərini düşüncə, fikir azadlığı kimi qələmə verən müxalifət düşərgəsini də həmin cərgəyə aid etmək olar. «İctimai palata» adlandırılan qurumda cəmləşən AXCP, Müsavat kimi partiyalar, onların liderləri və kurasiyasında olan mətbuat orqanları və bəzi üzdəniraq yazarlar indi anlayırlarmı ki, onların «söz azadlığı» dediyi məsələdən indi erməni lobbisi Azərbaycana qarşı istifadə edir. Budurmu söz, ifadə azadlığı?
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info