İqtisadiyyat Nazirliyi bütün müsabiqə iştirakçılarını mükafatlandırdı
Tarix: 11.05.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bu günlərdə Azərbaycanın hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü təntənə ilə qeyd edilir, ulu öndərin əziz xatirəsi ehtiramla anılır. Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın memarı Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ulu öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Heydər Əliyevin siyasi kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir, dünyada layiqli yerini tutmuş və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan daha işıqlı gələcəyə doğru inamla irəliləyir.
Sonra Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. Qeyd edək ki, müsabiqəyə 48 KİV tərəfindən 69 material təqdim edilib. Təqdim olunmuş süjet və məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilib.
Tədbirdə qaliblər elan olunmuş, onlara diplomlar və mükafatlar təqdim olunub. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib.
Sonda ümummilli liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunub.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info