Regionlar ağacəkmə aksiyasında fəal iştirak edib
Tarix: 11.05.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Ümummilli liderin anadan olmasının 93-cü ildönümü münasibətilə dünən respublikanın hər biri güşəsində ağacəkmə kampaniyası keçirilib.
Gəncədə yaşıllaşdırma işləri Heydər Əliyev Park Kompleksində, Nizami məqbərəsi istiqamətində, şəhərin giriş və çıxışında, həmçinin müxtəlif park, prospekt və küçələrdə həyata keçirilib. Aksiyanın ilk günündə şəhərin müxtəlif ərazilərində 10 min 500 ədəd müxtəlif növ ağac və gül kolu əkilib. Ağacəkmə kampaniyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyətin nümayəndələri böyük həvəslə iştirak ediblər. Ağsu rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri Mərkəzi rayon xəstəxanasının qarşısında, şəhərin giriş hissəsindəki seyrəngahda, eləcə də bir sıra küçələrdə əkin aparılıb. Kampaniyada 800 nəfərdən çox rayon sakini iştirak edib, 5500-dən çox ağac əkilib. Qax rayonunda da gül və ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Qax şəhərinin park və xiyabanlarında 5 min gül kolu əkilib, prospekt və küçələrdə səliqə-sahman işi aparılıb, əvvəl əkilən ağac, gül və bəzək kollarına qulluq olunub. Eyni zamanda, aksiya zamanı Şəki-Qax və Qax-İlisu avtomobil yollarının kənarlarında 2 mindən çox sərv, çinar və digər ağaclar əkilib, avtomobil yollarının ətrafında təmizlik işləri aparılıb. Gül və ağacəkmə aksiyasında, təmizlik işlərində rayonun bütün əmək kollektivləri, həmçinin sakinlər fəallıq göstəriblər. Ucar sakinləri Heydər Əliyev prospektində və ictimai yaşayış binalarının ərazisində, Göyçay-Ucar avtomobil yolunun Ucara giriş hissəsinin ətrafında, 20 Yanvar, M.Ə.Rəsulzadə və 28 May küçələrində 1500 ədəd müxtəlif növ ağac tingi əkilib. Ümumrayon iməciliyində 600 nəfər iştirak edib. Kürdəmirdə keçirilən ağacəkmə kampaniyasında 3000-dən çox rayon sakini iştirak edib. Şəhərin küçə və parklarında, yol kənarlarında 7000-dən çox müxtəlif növ ağac əkilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info