Yeni kreditləşmə modelinin detalları açıqlanıb
Tarix: 11.05.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb.R. Aslanlı deyib ki, yeni kreditləşmə modelinə əsasən xarici valyutada verilən istehlak kreditlərinin verilməsinə olan qadağa qüvvədə qalmaqdadır:
"Burada iki istisna var. Birinci istisna odur ki, əgər müştəri əvvəllər xarici valyuta ilə kredit alıbsa və bu gün həmin kreditlərin vaxtı bitibsə və ya vaxtı tamamlanmayıb, lakin banklar bu kreditləri restrukturizasiya edirlərsə, belə müqavilələrin imzalanmasına yol verilir. Bu, daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. İkincisi, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qoyaraq xarici valyutada borc almaq istəyirsə, belə kreditlərin də verilməsinə icazə verilir. Yerdə qalan hallarda xarici valyutada istehlak kreditlərin verilməsinə qoyulan qadağa qüvvədə qalır". Sədr əlavə edib ki, xarici valyutada olan kreditlərin restrukturizasiyası və manat kreditləri ilə əlaqədar bir sıra yeni prudensial tələblər tətbiq olunub: "Bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmasın. İkincisi, hətta bu ümumi gəlirlərin xərclər çıxıldıqdan sonra yerdə qalan hissəsi yaşayış üçün yetərli olsun. Biz burada yaşayış minimumunu da nəzərə almışıq. Tələb odur ki, biz yaşayış minimumunun 3 mislini hədəf göstəricisi kimi götürmüşük. Yaşayış minimumunun 3 mislindən yuxarı gəlirləri öz öhdəsində qalan insanlar daha aşağı risk qrupuna aid edilir. Bununla əlaqədar biz banklardan daha az kapital, ehtiyat tələb edirik".O deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə ayrıca proqramı var: "Banklar qısamüddətli likvidlik problemi ilə üzləşərsə, biz bu situasiyanı göz altına almışıq. Hökumət o banklara likvidliklə bağlı yardım etməyə planlaşdırır. Bilirsiniz ki, "Bank Standard" üzləşdiyi belə bir problemi həll etmək üçün çox təcili qaydada yardım olundu".R. Aslanlı bildirb ki, son bir il ərzində kreditlərin verilməsi şərtlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib. Onun sözlərinə görə, kreditlərin həm müddəti, həm faiz dərəcələri aşağı salınıb: "Xüsusilə devalvasiyadan sonra banklar vaxtı keçmiş kreditlərin böyük hissəsini faizlər üzrə güzəştə gediblər, müddətləri azaldıblar. Banklarda əlavə resurslar formalaşdıqca, əlavə güzəştlər də tətbiq oluna bilər. Bu, banklarla müştərilər arasında olan münasibətlərdir".




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info