Ağdamda baramaçılıq bərpa edilir
Tarix: 11.05.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılıq bərpa edilir. Ağdam Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Baxşeyiş Əliyev bildirib ki, baramaçılıq vaxtilə Ağdam rayonunda xeyli inkişaf edən sahələrdən olub.
1980-ci illərdə hər il rayon üzrə 300 tondan çox barama istehsal edilirdi. 1992-ci ildən isə rayonda barama istehsalı dayanıb. Uzun fasilədən sonra bu il ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın bərpa edilməsi qərara alınıb. Rayonun işğal olunmamış ərazisində 8100 ədəd çəkil ağacının qorunub saxlanılması, ən əsası isə sakinlərin bu sahədə peşəkarlığı baramaçılığın bərpasına imkan verir. Artıq baramaçılıqla məşğul olmaq istəyən sakinlərə 70 qutu ipəkqurdu toxumu paylanılıb.
Ermənistan silahlı birləşmələrinin artilleriya atəşlərinə baxmayaraq, rayonun təmas xəttinə yaxın kəndlərinin sakinləri də ipək qurdu toxumu götürüblər. Rzalar kənd sakini Firudin Əsədov bildirib ki, yaşadığı kəndin əhalisi sovet dövründə baramaçılıqla məşğul olub: “Bu sahədə zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdüm”.
Baramaçılığuın gəlirli sahə olduğunu deyən F.Əsədov bildirib ki, ipəkqurduna 40 gün qulluq edilir: “İpəkqurdunun saxlanıldığı otağın temperaturuna diqqət edilməlidir. Otağın temperaturu 24-25C olmalıdır. Bir də, gərək, tut yarpağı əskik olmasın. İpəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur”.
Keyfiyyətindən asılı olaraq baramanın bir kiloqramının qiymətinin 8 manatadək dəyişdiyini deyən fermer, 200 kiloqramdan çox barama istehsal edəcəyini proqnozlaşdırır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info