Külli miqdarda siqaret və mobil telefon müsadirə edilib
Tarix: 11.05.2016 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında "Qoşa Təpə" gömrük postunda Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili əsaslı şəkildə yoxlanılıb. 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı həmin avtomobilin kabinəsində arxa yataq yerinin üzərindəki döşəyin altından 20 min ədəd “MM” adlı siqaret, eləcə də 63 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info