“Həmin ruslar azərbaycanlı ailələr tərəfindən mehribanlıqla qəbul olunub”
Tarix: 11.05.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mərasimdə Rusiya Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları, Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirləri, Rusiya ictimaiyyətinin tanınmış şəxsləri, siyasi xadimlər və diaspor nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin Moskvada çalışdığı dövrdə Rusiya regionları və keçmiş Sovetlər İttifaqı ölkələri üçün çox şey etdiyini söyləyib: "Dahi Heydər Əliyev deyirdi ki, ruhunun bir hissəsi Rusiyadadır. Bu həqiqətən də belə olub. Heydər Əliyev Sovetlər İttifaqının rəhbərlərindən biri olub. Onun Sovetlər İttifaqı üçün xidmətləri unudulmazdır". 
Diplomat qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır: "Onun işlərini ölkə Prezidenti İlham Əliyev layiqincə davam etdirir".
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov isə çıxışında Azərbaycanda keçirdiyi uşaqlıq illərini xatırlayıb: "Azərbaycan hər zaman beynəlmiləl, çoxmillətli ölkə olub. Burada mehribanlıq hökm sürürdü. Uşaqlıq vaxtı Azərbaycanda yaşayanda, öz aramızda bir çox dillərdə danışırdıq, birlikdə Novruzu, Pasxanı qeyd edirdik. Heydər Əliyev bunu dəstəkləmək üçün əlindən gələni edirdi". 
A. Beqlovun sözlərinə görə, Böyük Vətən Müharibəsi illərində Rusiyadan çoxlu sayda ailələr Azərbaycana köçürülüb: "Həmin ruslar azərbaycanlı ailələr tərəfindən mehribanlıqla qəbul olunub. Mənim atam cəbhədə vuruşub, anam isə iki uşaqla Azərbaycana gedib. Bizi azərbaycanlı ailə öz himayəsinə götürüb. Müharibə qurtarandan sonra isə heç kəs qayıtmaq istəmirdi".
 
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Konstantin Kosaçov isə Heydər Əliyevin öz xalqının milli lideri və milli varlığı olduğunu söyləyib: "O, öz xalqının maraqlarını, Rusiya və Sovetlər İttifaqının digər xalqları ilə ittifaq münasibətlərini düzgün başa düşürdü".
 
Onun sözlərinə görə, Sovetlər İttifaqının süqutundan sonra Azərbaycan və Ermənistan xalqlarını ayıran Dağlıq Qarabağ münaqişəsi ümumi qaydalardan bir istisna olub: "Heydər Əliyev üçün isə qaydalar hər zaman xalqlar arasındakı anlaşmaya, sıx əlaqələrin möhkəmlənməsinə yardım etmək olub. Məhz bu fəaliyyətinə görə, müasir Rusiya Heydər Əliyevi xatırlayır, qiymətləndirir və hər zaman onun xatirəsini qoruyub saxlayacaq”.
Sonra tədbirdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Slutski, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Şimali Osetiyanın eks-prezidenti, Beynəlxalq Əlaqələr üzrə Rusiya Şurasının vitse-prezidenti Aleksandr Dzasoxov Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info