E.Namazov üçün «politologiya» mənsub olduğu düşərgəyə xəyanət deməkdir
Tarix: 02.03.2013 | Saat: 01:58:00 | E-mail | Çapa göndər


Anar MİRİYEV |

“Ona görə indi ona hamı reneqat Eldar Namazov deyir. Elə indi mənsub olduğu düşərgə təmsilçiləri də öz aralarında ona sadəcə «reneqat» deyirlər. Yəni, bu reneqat kəlməsi artıq onun adının sinoniminə çevrilib. Eldar Namazov indiyə qədər işlədiyi heç bir yerə sədaqətli olmayıb”

«Ziyalılar forumu» adlı təşkilatda cəmləşən şəxslərin əsl məramlarının nə olduğu zaman keçdikcə bütün çılpaqlığı ilə üzə çıxdı. Elə Əkrəm Naibovun Azərbaycan xalqını təhqir edən, aşağılayan, erməni maraqlarına xidmət edən əsərinin «ziyalılar forumu»nda xeyir-dua aldıqdan sonra Moskvada çap olunması ilə bağlı faktın üzə çıxması bu «forumun» əslində hansı məramla yarandığını və kimə «xidmət» etdiyini göstərir. «Forum» adlandırdıqları bu qurum əslində orada cəmləşən insanlar üçün çətir kimi lazımdır ki, onun altında gizlənə və müəyyən maraqlarını həyata keçirə bilsinlər. «Forum»da cəmləşən şəxsləri bir araya gətirən nə xalqın, nə də dövlətin maraqlarıdır. Onlar üçün əsas olan şəxsi maraqlardır və bir masa arxasında əyləşəndə hamısı yaxşı bilir ki, qarşısındakı «ziyalının» əsas «qarın ağrısı» nədir. Belə olmasaydı «forumda» əyləşə-əyləşə başqa təşkilat yaratmaq haqqında düşünməzdilər. Bəs əsas məqsədiniz «ziyalı» kimi cəmiyyətin problemlərini qabartmaq idi? İndi nə oldu birdən-birə «ziyalılığınız» tutdu və biriniz «EL» yaradırsınız, digəriniz Milli Şura. Hərəniz bir təşkilat yaratmaqla nəyə nail olacaqsınız? Üç-beş nəfər olsanız da, iddianız o qədər böyükdür ki, hərəniz bir təşkilat yaradıb «lider» olmaq sevdasına düşmüsünüz. Əgər desəniz ki, seçki ilidir və belə bir vaxtda xaricdəki müəyyən qüvvələrdən, o cümlədən erməni lobbisindən maliyyə almaq üçün yeni təşkilat yaratmağa ehtiyac var, onda sizi anlamaq olar. Çünki sizlər üçün xalqın, dövlətin maraqları nədir ki, «Sem dayı»nın verdiyi yaşıl dollarların qarşısında..Burada diqqət çəkən məqamlardan biri «ziyalılar forumu» adlandırılan təşkilata üzv olaraq «ziyalılıq» edən Eldar Namazovun yeni bir qurum yaratması ilə bağlıdır. Özünü mətbuata «politoloq» kimi təqdim edən, bu adın arxasında gizlənən «ziyalı yoldaş» indiyə qədərki həyat kredosuna sadiq olduğunu bir daha sübut edir. Eldar Namazov adlı «politoloq-ziyalı» indiyə qədər kiminlə əməkdaşlıq etməyib ki? Mütəllibov, Vəzirov, Elçibəy…Amma bir məsələ var ki, əməkdaşlıq etdiyi, eyni cərgədə dayandığı qüvvələrlə uzun müddət bir arada qala bilmir. Çünki dönüklük, xəyanət etməsə, qala bilmir. Onun «politoloqluğu» da elə bundadır. E.Namazov üçün «politologiya» mənsub olduğu düşərgəyə xəyanət etməkdir. Belə bildiyi üçün də bu prinsipə sadiq yaşayır. Lalə Şövkətin vasitəsilə Prezident Administrasiyasına işə düzələn «politoloq-ziyalı» qısa müddət sonra ora da dönük çıxdı. Prezident Administrasiyasında çalışdığı illər ərzində qovluq daşımağı, sənədləri sər-səhman etməyi özü üçün böyük iş, «politoloqluğun» zirvəsi hesab etdi, amma neyləsin ki, lənətə gəlmiş dönüklük etmək ona orada da uzun müddət işləməyə imkan vermədi. Çünki bu adamın həyat kredosu xəyanət üzərində qurulub. Hansı qüvvə ilə çalışırsa çalışsın, qısa müddətdən sonra mütləq həmin qüvvələrə qarşı xəyanət edir, dönük çıxır. Ona görə indi ona hamı reneqat Eldar Namazov deyir. Elə indi mənsub olduğu düşərgə təmsilçiləri də öz aralarında ona sadəcə «reneqat» deyirlər. Yəni, bu reneqat kəlməsi artıq onun adının sinoniminə çevrilib. Eldar Namazov indiyə qədər işlədiyi heç bir yerə sədaqətli olmayıb. Onun üçün sədaqət sözü xəyanət anlamına gəlir. İndi də eyni prinsiplə hərəkət edərək «ziyalılar forumu»nda ola-ola yeni bir təşkilat yaradır. Yəni, «foruma» da dönük çıxaraq yeni bir qurum formalaşdırmağa çalışır. Bununla həm reneqat olduğunu isbatlayır, həm də «politoloq» kimi iddiasını ortaya qoyur. Amma bir məsələ var ki, indiyə qədər siyasi marağının olmadığını, sadəcə «ziyalı» kimi xalqın problemlərini səsləndirdiklərini deyirdi. Amma görəndə ki seçki ilində xalqa, dövlətə qarşı xəyanət etməklə yaxşı pul qazanmaq olar, o dəqiqə içindəki reneqatlıq baş qaldırdı və «foruma» dönük çıxaraq yeni bir qüvvə ilə ortaya atılmaq istəyir. Doğrudur, həmin qüvvənin nə olduğu, kimlərdən ibarət olmasının özü məlum deyil. Hər halda Namazov reneqatlığını, siyasi riyakarlığını növbəti dəfə nümayiş etdirmək üçün yaranan imkanı əldən vermədi. Təki buna görə xaricdəki mənbələr kisənin ağzını açsınlar. Ermənilər də olsa, olar. Lazım gəlsə, bunun üçün riykarlığın, dönüklüyün kralını edər.




 
Müəllifin son yazıları

28.10.2019 “Nə qədər mənim kimi evsiz jurnalist bu siyasət nəticəsində mənzillə təmin olundu“
01.07.2019 Qlobal media ciddi reputasiya itkisinə məruz qalıb
18.09.2013 Cəmil Həsənli də rəhbəri Rüstəm kimi saxtakar çıxdı
21.08.2013 Ukrayna mətbuatı Azərbaycan müxalifətini şoka saldı
21.05.2013 Əkrəm Naibov Zori Balayanla eyni missiyanı yerinə yetirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info