Universitet idman sahəsində də əhəmiyyətli uğurlar qazanmaqdadır
Tarix: 11.05.2016 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ali təhsil ocağında idmanın inkişafı ilə bağlı əldə olunan uğurlara həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetin idman sahəsindəki son əhəmiyyətli uğurlarından bəhs edib. Rektor, bu nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin hərbi-vətənpərvərlik ruhunda, mənəvi və fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Universitetin Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri Məmmədəli Rəhimov vurğulayıb ki, qardaş Türkiyənin Ərzurum Atatürk Universitetində keçirilən universitetlərarası beynəlxalq voleybol və şahmat turnirlərində tələbə idmançılarımız gərgin mübarizə və yüksək səviyyəli vahid komanda yarışları nümayiş etdirmişlər. Universitetin şahmat komandası 9 komanda arasında ümumi komanda hesabı ilə III yerə layiq görülmüş, I taxtada oynayan Toğrul Həsənzadə isə şəxsi birinciliyin qalibi olmuşdur. Universitetin voleybol komandası da 7güclü rəqib komanda arasında III yeri tutmuşdur.
Universitetin futbol komandasının məşqçisi Yusif Vəliyev muxtar respublikada ümummilli lider Heydər Əliyevə həsr olunmuş futbol yarışlarında ən çox kubok qazanan, VI dəfə qalib olan məhz universitet komandasının olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yarışlarda tələbə futbolçular 4 komanda ilə peşəkar oyun nümayiş etdirərək bu kuboku qazanmağa müvəffəq olublar. Pedaqoji fakültənin dekanı, İbrahim Rüstəmov bundan sonra da idman sahəsində mütəxəssis hazırlığına, universitetin respublika və beynəlxalq səviyyəli idman yarışlarında təmsil olunmasına diqqətin artırılacağını bildirib. Çıxış edənlər idmançılar adından yaradılan şərait və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıq ediblər. Sonda şahmatçılara və onların məşqçiləri Kifayət Hüseynovaya, voleybol komandasının məşqçisi Nazim Əliyev və komanda üzvlərinə kubok və medallar təqdim olunub. Universitetin futbol komandasının məşqçisi Yusif Vəliyev, komandanın rəisi Məmmədəli Rəhimov və futbolçular diplomla təltif olunub. “Heydər Əliyev kuboku” isə komanda adından Seymur Əliyevə təqdim olunub.
Qalib idmançıları təbrik edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənclərin idmanın müxtəlif sahələrinə olan maraq və potensiallarının aşkarlanıb düzgün istiqamətləndirilməsində, onların qələbə qazanmasında mühüm rol oynayan məşqçi müəllimlərə də təşəkkür edib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info