“Britaniya AB-dən çıxsa, terrora məruz qalacaq”
Tarix: 11.05.2016 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Dame Eliza Manningham-Buller: “Baxın Parisdə, Brüsseldə nələr baş verir”

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa Birliyindən çıxması məsələsi bu gün Avropa cəmiyyətini və siyasi elitasını ən çox məşğul edən məsələlərdən biridir. Ölkə daxilində AB-dən çıxmaqla bağlı ciddi sosial sifariş və eləcə də kampaniya hiss olunmaqdadır. Həmçinin Britaniya siyasətinə təsir göstərən nüfuzlu siyasətçilər və dövlət xadimləri arasında da ölkənin AB-dən çıxmasına çağıranlar az deyil. Əslində indiyə qədər belə görünür ki, çoxluq ölkənin birlikdən çıxmasına çalışır. Məhz belə bir çıxma perspektivinin güclü olması, Britaniyanın AB-də qalmasının tərəfdarlarını yaman təşvişə salıb. Ona görə də onlar bunun ölkə üçün zərərli olacağı ilə bağl davamlı arqumentlər gətirməyə çalışırlar və referendum ərəfəsində seçicilərin seçiminə təsir göstərməyin yollarını axtarırlar. Ötən saylarımızda belə bir yazı getmişdi ki, Britaniyanın AB-dən çıxması nəticəsində hər bir britaniyalı illərlə daha artıq vergi ödəməli olacaq. Yəni ölkənin birlikdən çıxmasının onun əhalisi üçün çox ağır vergi yüklənmələrinə səbəb olacağı bildirilirdi və seçicilərin rəyinə təsur etmək üçün tanınmış araşdırma mərkəzinin bu barədə rəyləri açıqlanmışdı. İndi isə AB-də qalmanın tərəfdarları seçicilərə başqa bir factor – təhlükəsizlik məsələsi ilə təsir göstərməyə çalışırlar. Bu barədə aşağıdakı fikirlərə diqqət edək.
“Britaniya Avropa Birliyindən kənarda önəmli dərəcədə daha az təhlükəsiz olardı”. Bu barədə Britaniya daxili əks-kəşfiyyat və təhlükəsizlik agentliyinin (MI5 ) keçmiş başçısı Dame Eliza Manningham-Buller bildirib. O, bununla bağlı fikrini Böyük Britaniyanın AB-dən çıxıb-çıxmayacağını müəyyənləşdirəcək, iyun ayında keçiriləcək referendumla bağlı debat çərçivəsində danışıb.2002-2007-ci illərdə  MI5-nin başçısı olmuş  xanım Manningham-Buller qeyd edib ki, Britaniya yalnız AB daxilində qalmaqla, “islam ekstremizmi” ilə bağlı avropalı tərəfdaşları ilə sıx işləyə biər.
“BBC Radio 4’s Today” proqramına danışan Manningham-Buller bildirib: “Mən bu haqda bildiyimə əsaslanıram. Mən çox inanıram ki, əgər AB-dən çıxsaq, kənarda biz daha az təhlükəsiz ola bilərik. Çünki biz birlik çərçivəsində bütün əlaqələr, siyasi mübadilələr, təhlükəsizlik məlumatları, Avropa həbs orderləri və sair məsələlərdə birgə tədqiqatları, birgə səyləri nəzərə almalıyıq. Əgər birlikdən çıxsaq, bu məsələlərdə bacarıqlı ola bilmərik”.
O qeyd edib ki, biz hamımız eyni təhdidləri bölüşürük: “Baxın Parisdə, Brüsseldə nələr baş verir. Bütün bunlara görə də biz öz avropalı dostlarımızla çox sıx əlaqədə işləməliyik. Əgər AB-da qalsaq, cavab tədbirləri görmək siyasətinə, həmçinin təhdidlərə qarşı kəşfiyyat aparmağa təsir göstərə bilərik”.
O, terrorizmin qitədən gəlməsini iddia edən AB-dən çıxma kampaniyasını ittiham edib və yanlış adlandırıb: “Britaniyadakı terrorçular da kontinental Avropa üçün təhlükədirlər. Bizim bu ölkədə bildiyimiz çoxlu sayda terrorda şübhəlilər var, bildiyimə görə, biz həm də onların “ixracı” ilə məşğuluq. Bütün bunlar bir daha onu göstərir ki, bizim avropalı dostlarımızla birlikdə işləməyimiz inanılmaz dərəcədə vacibdir”.
Qeyd edilir ki, bazar ertəsi NATO və ABŞ-ın xarici işlər idarələrinin keçmiş şefləri də AB-dən Britaniyanın çıxmasının əleyhinə fikirlər səsləndiriblər. Onlar iddia ediblər ki, Britaniyanın AB-dən çıxması onun dünyadakı mövqeyinə və təhlükəsizliyinə zərər vermiş olacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info