“Beynəlxalq təşkilatların 90-cı illərdəki acı təcrübələrdən dərs almadığını görürük”
Tarix: 11.05.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“İŞİD”lə mübarizə məsələsində digər dövlətlər heç bir addım atmayaraq və kəşfiyyat məlumatlarını paylaşmayaraq hər şeyi Türkiyənin etməsini gözləyib. Bu məsələdə əsassız ittihamlara məruz qaldıq. Türkiyəni “İŞİD”ə yardım edən dövlət kimi göstərmə alçaqlığına gedənlər oldu”. 
“Sabah”ın verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Balkan ölkələri Baş Qərargah rəislərinin 10-cu konfransında çıxış edərkən deyib. O bildirib ki, “İŞİD”ə ən böyük zərbələri məhz Türkiyə vurub: “Belə bir ölkə “İŞİD”ə necə dəstək verə bilər? Biz “İŞİD”in əlindəki silahların kimə aid olduğunu bilirik. Bir çox dost ölkəyə “bu silahları oraya atmayın” dedik, həmin silahların yarısı “İŞİD”ə, yarısı PYD-yə çatdı. Bu problemi təməlindən həll etmək lazımdır, yoxsa bölgəyə dinclik gəlməyəcək. Sərhədlərimizin o biri tərəfinin terror təşkilatlarının sığınacağı halına gəlməsinə qarşı zəruri addımlar atmaqda qərarlıyıq”. 
R. T. Ərdoğan qeyd edib ki, Suriya məsələsi çoxdan regional problem olmaqdan çıxaraq qlobal təhdid halına gəlib: “Təəssüf ki, bu gün beynəlxalq təşkilatların 1990-cı illərdəki acı təcrübələrdən dərs almadığını görürük. Qonşumuz Suriya başda olmaqla, bölgədə baş verənlər bunun təzahürüdür. Təxminən 600 min insanın ölməsinə rəğmən lazımi addımlar atılmayıb. İraq, Yəmən, Ukrayna məsələlərində ümidverici gəlişmələr yaşanmır. Köç problemi daha çox insanı öz təsiri altına alacaq şəkildə genişlənir”.    
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info