“Müxalifətin İbrahimbəyovdan “siyasətçi” gözləntiləri mif kimi dağıldı”
Tarix: 02.03.2013 | Saat: 02:00:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Rüstəm bəyin indi Azərbaycandan getməsini və siyasi proseslərdən uzaqlaşdığını təmkinli qarşılamaq lazımdır”

Zahid Oruc: “Müxalif kəsim əvvəllər iqtidar mediasında İbrahimbəyovla bağlı yer almış bəyanatları onun əleyhinə istifadə edəcək”

Müxalifətin bu siyasi naşılığı sözügedən cəhətdən də açıq-aşkar görünürdü. Bununla belə, hazırda müxalifətin onu siyasətdən uzaqlaşdığına görə məyus bir şəkildə ittiham etməsi də anormal sayılmalıdır. Burada da müxalifət “məndən deyilsənsə, mənim düşmənimsən” prinsipi ilə davranır. Bu baxımdan az keçmiş, onların Rüstəm İbrahimbəyovun ünvanına daha sərt ittihamlar yağdıracağını da gözləmək olar. İndi müxalifətin yadına düşüb ki, sən demə, “R.İbrahimbəyov siyasət adamı deyilmiş, incəsənət adamı imiş, ona görə də ondan ciddi siyasi nəticələr gözləmək lazım deyildi” və sair…
R.İbrahimbəyovun bu addımı və müxalifətin ona indiki münasibəti ilə bağlı bizə fikirlərini bildirən millət vəkili, Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc belə düşünür: “Əslində biz onun müəyyən trayektoriya üzrə belə bəyanatlara gəlib çıxacağını gözləyirdik. Yəni bir az onun personasına, keçmiş fəaliyyətinə, heç zaman dissident olmamasına, əksər hallarda film yaradıcılığı, digər qabiliyyəti fonunda hər zaman dövlətin ən ali rəhbərliyindən diqqət və qayğı görməsinə və özünün də buna meyillənməsinə, imtiyazlı həyata çox öyrəşməsinə rəğmən bəyan edirdik ki, o, heç bir halda guya sadə xalqın tərəfində olan və ziyalıların davasını aparan bir hərəkatın sona qədər nümayəndəsi olmayacaq. Bəlli oldu ki, bu dövr ərzində həmin persona tanınmasını daha artıq dərəcədə şəxsi kapitalını artırmasına və böyük mülklərin ələ keçirilməsinə yönəldib. Biz onun bu işinə qarışmaq istəməzdik və bunda qəbahət axtarmazdıq. Biz bunu bolşevikcəsinə dəyərləndirmirik. Qoy hər kəs varlı olsun. Amma özünü lümpen “proletariat” təmsilçisi kimi də təqdim etməsin. Biz zaman-zaman qeyd edirdik ki, belə insanlar auditoriyalardan qazanılmış sürəkli alqışlara çox öyrəşiblər və bu alqışların kimin əlindən də çıxdığının fərqində də deyillər. İstər ermənilər, istərsə də başqaları onları bu cür sürəkli alqışlara qərq eləsin, onlar üçün bunun elə də fərqi yoxdur. Əslində onun mənəvi deformasiyaları təkcə bu cür məsələlərdə görünmürdü, həm də Bakını tərk etmiş ermənilər və digər xalqlardan sonra buranın “bəsit” görünməsi, köçkünlərin mühiti “korlaması”, taksi sürücüsünün Binə hava limanında düşəndən sonra ondan muzd haqqı tələb etməsi və sair məsələləri deməsində onun bu deformasiyası təzahür edirdi. Biz bunu dəfələrlə bildirirdik. Amma bir çoxları düşünürdülər ki, o, hakimiyyət əleyhinə olduğuna görə, bu cür söylənən fikirlər obyektiv deyil. Amma indiki addımlardan sonra müxalif kəsim əvvəllər iqtidar mediasında R.İbrahimbəyovla bağlı yer almış bəyanatları daha çox onun əleyhinə istifadə edəcək, ünvanına yönəldəcək. Çünki biz də əvvəlcədən söyləyirdik ki, o adam nə siyasətçi, nə də dövlət xadimi deyil. Ona görə də bu cür “ziyalı hərəkatı” missiyasını onun üzərinə qoymaq olmaz. Onun davası da başqa dava idi. “İctimai palata”nın, digər qurumların Rüstəm İbrahimbəyovdan “siyasətçi” gözləntiləri mif kimi dağıldı və bir daha məlum oldu ki, belə adamlar üçün öz şəxsi gələcəyinin təminatı daha önəmlidir. Ona görə də Rüstəm İbrahimbəyovun gedişi qeyri-adi deyil. Bizim üçün o, əvvəlki vəziyyətinə qayıtdı”.
Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev isə bizə bu barədə belə dedi: “Bir yaradıcı insan kimi Rüstəm İbrahimbəyova münasibətim çox müsbətdir. O, öz yaradıcılığı ilə tanınan, məşhur bir insan və azərbaycanlıdır. Lakin siyasətçi kimi fəaliyyət göstərdiyinə görə Rüstəm İbrahimbəyovu bir o qədər də təqdir etmirəm. Onun ziyalı kimi fəaliyyətini, təbii ki, təqdir edirəm. Amma son dövrlər onun siyasi təcrübəsizliyindən irəli gələn bəzi məqamları qəbul etmirəm. Xüsusən, Rusiyada yaradılan “milyarderlər ittifaqı” ilə əlaqələr qurması tamamilə yanlış addım idi. Çünki bu qurum xarici qüvvələrin Azərbaycan əleyhinə yaratdığı təxribatçı bir qurum olduğu üçün Rüstəm müəllimin onlarla yaxınlıq etməsi, hesab edirəm ki, düzgün hesablanmamış bir addım idi. O, hadisələri dərindən analiz etmədən bu nəticəyə gəlmişdi. Həmin qurama qurumla əlaqələr qurmağa başlaması onun ciddi siyasi-taktiki yanlışlığından irəli gəlirdi. Onun ölkəyə qayıtmayacağı, yaxud ölkəni və siyasəti tərk etdiyini dolayı olaraq ifadəsi isə onun siyasətçi imicinin hansı səviyyədə olduğunu göstərdi. Deməli, o, siyasətçi kimi özünü görmür və görmək istəmir”.
Ə.Əliyev eyni zamanda da müxalifət düşərgəsindən R.İbrahimbəyova bu addımına görə qınaq olmasına belə münasibət bildirdi: “Hesab edirəm ki, onun bu addımına təmkinlə yanaşmaq lazımdır. Hətta etdiyi siyasi yanlışlıqlara görə də onu qınamaq lazım deyil. Bu adam peşəkar siyasətçi yox, incəsənət adamıdır. O, çox vaxt siyasətçi kimi emosionallıqlar edib və yanlışlıqlar buraxıb. O cümlədən, ölkədəki siyasi proseslər, seçkilər, geosiyasi məsələlərlə bağlı yanlış açıqlamalar verib”. Vaxtilə müxalifətin bir kəsiminin R.İbrahimbəyovu siyasi proseslərə təhrik etməsinə, indi isə onu siyasətdən getdiyinə görə tənqid etməsinə münasibətini bildirən Ə.Əliyev qeyd etdi ki, müxalifətin hər hansı kəsiminin indi R.İbrahimbəyovu tənqid etməsinə münasibət bildirmək istəməzdi: “Hər halda, mən bir müxalif siyasi partiya sədri olaraq bu yolu tutmuram. Hesab edirəm ki, onu siyasətçiliyə ictimai məsələlərlə bağlı, şəxsi məsələlər də gətirmişdi. Amma indi hər halda Rüstəm bəyin Azərbaycandan getməsini və siyasi proseslərdən uzaqlaşdığını təbii qarşılamaq lazımdır”.
VİP sədri dedi ki, bu baxımdan siyasətçilərin onu durub indiki siyasi davranışlarına görə tənqid etməsinin tərəfdarı deyil.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info