Yekaterinburqda Heydər Əliyevə həsr olunmuş gecə keçirilib
Tarix: 11.05.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Yekaterinburq Şəhər Administrasiyasının Kitabxana Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən gecə keçirilib. Tədbir Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən təşkil edilib.Azərbaycanın Yekaterinburqdakı konsulu vəzifəsini icra edən İlqar İsgəndərov tədbiri açaraq Ulu Öndərin həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, Rusiyada Heydər Əliyevi müdrik siyasi xadim kimi xatırlayır və dəyərləndirirlər. O, müstəqil Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin töhfəsini, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin və iki qardaş xalq arasında dostluğun əhəmiyyətini vurğulayıb.Sverdlovsk Vilayəti Qubernatoru Administrasiyası rəhbərinin birinci müavini Vadim Dubiçev Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin səmimi təbrik sözlərini çatdırıb, Rusiya Federasiyasının regionları, o cümlədən Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.Gecədə çıxış edən tarix elmləri doktoru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, “MBA-Moskva” bankının Yekaterinburq filialının direktoru Tatyana Moşinskaya, Ural Federal Universiteti və Ural Hüquq Akademiyasının tələbələri Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info