“İnsan Resursları funksiyalarının transformasiyası“ layihəsinin təqdimatı keçirilib
Tarix: 11.05.2016 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, SOCAR-ın idarə, müəssisə, təşkilat və müştərək müəssisələrinin rəhbərləri, "SAP MDB" şirkətinin rəhbərliyi, həmçinin yerli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə SOCAR və SAP şirkətinin əməkdaşlığı çərçivəsində "İnsan Resursları funksiyalarının transformasiyası" layihəsinin təqdimatı keçirilib. Bu barədə SOCAR-dan məlumat verilib. Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, transmilli şirkətə çevrilmə yolunda rəqabət üstünlüyünə nail olmaq üçün SOCAR-ın ən vacib resursu hesab olunan insan resurslarının inkişafının təmin edilməsi daim diqqət mərkəzindədir. Bu sahədə korporativ strategiyaya uyğun olaraq bir çox addımlar atılıb. Neft və qaz sahəsində peşəkar və ixtisaslı kadrlann hazırlanması üçün peşə məktəbi və təlim mərkəzlərinin təsis edilməsi, gənc kadrlann nüfuzlu universitetlərdə təhsilinin mallyələşdirilməsi və şirkətə cəlb edilməsi ilə bağlı artıq uzun illərdir ki, əhəmiyyətli işlər davam etdirilir.SOCAR-da 2008-ci ildən SAP-ın müxtəlif modulları, о cümlədən (insan resursları) modulu da tətbiq olunur. Bu fəaliyyətlərin davamlı şəkildə, beynəlxalq təcrübəyə əsaslanan idarəetmə prinsipləri nəzərə alınaraq daha effektiv icrası üçün "işə qəbul", "xidməti fəaliyyətin qiymətləndirilməsi və karyera planlaması", "biliklərin test üsulu ilə уoхlanmаs"ı, "təlimlərin təşkili", "işçilərlə əlaqələr" istiqamətində beynəlxalq təcrübəyə əsaslanan metodoloji sənədlər və müvafiq standartlar hazırlanaraq tətbiq olunmağa başlanıb.Qısa müddət ərzində işə qəbul və namizədlərin blliklərinin yoxlanması proseslərinin tam avtomatlaşdmlmış formada tətbiqinə nail olunub, bu sahədə operativlik və şəffafhq təmin edilib. Həmçinin bu proseslərin həyata keçirilməsi zamanı infofmasiya-telekommunikasiya texnologiyalarının intensiv istifadəsi namizədlər və işçifərlə daha effektiv ünsiyyət qurulmasına imkan yaradıb. Bununla yanaşı, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi və karyera planlaması proqramı hazırlanıb, SOCAR-ın bir neçə müəssisəsində verilmişdir. Bu gün rəqabətli qlobal mühitlə ayaqlaşaraq prosesdən daha da təkmilləşmək üçün SOCAR-da insan resursları sahəsi uzrə hayata keçirilən tədbirlərin vahid platformada cəmlənməsi və qabaqcıl informasiya texnologiyalardan istifadə etməklə inteqrasiya olunması zərurəti daim nəzərdə saxlanılır.Həmin məqsədlə qlobal arenada bu sahənin lider şirkətlərindən sayılan və daha əvvəl də müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyimiz SAP şirkətinin bu işlərə cəlb edilməsinə dair qərarla "İnsan Resurslarının funksiyalarının transformasiyasi" layihəsi üzrə müqavilə imzalanıb. Layihənin əsas məqsədi heyətin İdarə edilməsinin effektivliyinin yüksəldilməsi, peşəkar əməkdaşların inkışafı və saxlanılması uçun fundamental əsasın yaradılması, həmçinin heyətə vəsait sərfinin şəffaflıgının təmin edilməsidir. Layihə çərçivəsində heyətin məqsədli üst səviyyəli əməliyyat idarəetmə modelinin işlənib hazırlanması, istedadların idarə edilməsi konsepsiyasının işlənib hazırlanması, metodoloji sənədlərin işlənib hazırlanması, səlahiyyətlərin idarə edilməsi, məqsədlərin qoyulması və qiymətləndirilməsi və digər mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub.Bununla əlaqədar olaraq SOCAR-ın müvafiq əmri ilə İnsan Resursları Departamenti, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, SOCAR-ın aidiyyəti digər struktur bölmələri, eləcə də SAP şirkətinin əməkdaşlarından ibarət layihə qrupu yaradılıb və hazırlanmış plan-qrafik üzrə işlərə start verilib. Layihə qrupunun tərkibində texniki komitə, işçi qrup formalaşdırılıb və layihənin nizamnaməsi işlənərək texniki komitə tərəftndən təsdiq edilib.Layihə iştirakçılarına bu işlərin görülməsində uğurlar arzulayan R.Abdullayev "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın istiqamətləri ilə uzlaşan bu işlərin uğurla həyata keçirilməsi nəticəsində SOCAR-ın daha da inkişaf edəcəyini bildirib.Sonda "İnsan Resursları funksiyalannın transformasiyası`` layihəsinin təqdimatı keçirilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info