Bilik Fondu “Formula-1“la bağlı maarifləndirici tədbirlərə Qafqaz Universitetindən başladı
Tarix: 11.05.2016 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qafqaz Universitetində Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışlarının təqdimat mərasimi olub.
Qafqaz Universitetinin Xarici Əlaqələr üzrə Prorektoru Sevil İmanova qonaqları salamlayaraq Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib.
Bilik Fondunun Beynəlxalq Layihələr sektorunun müdiri Riyad Məmmədzadə deyib ki, Tədbirlər Planı çərçivəsində müxtəlif universitetlər və Heydər Əliyev Mərkəzlərində yarışların təbliğinə aid maarifləndirici təqdimatlar keçiriləcək.
Formula – 1 yarışlarının Bakı Fan Klubunun rəhbəri Rəhim Əliyev “Azərbaycanda Bakı Avropa Qran Prisi” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula 1” yarışları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 20 ölkənin ev sahibliyi etdiyi “Formula 1” yarışları içərisində sayca 10-cu Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcək. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində “Formula 1” fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.
Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları yaxınlaşır. Artıq yarışlarla bağlı hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir.
Tələbələri "Formula-1" yarışları haqda düşündürən suallar da cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info