İran “C-300”-ün oxşarını yaradır
Tarix: 12.05.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


İranın müdafiə naziri Xoseyn Dehqan Rusiyadan “C-300” sistemlərinin ilk partiyasının İran İslam Respublikasına çatırılmasının başa çatdığını elan edib.
Alınan zenit-raket kompleksləri İslam İnqilabı Keşikçiləri Korpusunun hava müdafiə xidməti tərəfindən artıq qəbul edilib. Qeyd edək ki, İranın “Fars News” xəbər agentliyinin ölkənin Müdafiə Nazirliyinə istinadən yaydığı bu xəbər Qərbdə birmənalı qarşılanmayıb. “The Washington Post” qəzeti bu məsələ ilə bağlı şərh verməkdən imtina edərək, Moskva ilə Tehran arasında silah satışının həyata keçirilməsinin 2010-cu ilin payızından bəri dondurulmasını nəzərə çatdırıb. Ancaq bununla belə, nəşr İranın nüvə proqramı haqqında saziş əldə edildikdən sonra belə bir addımın atılacağının mümkünlüyünü də etiraf edib. “Fars News” xəbər agentliy nazir Dehqanın sözlərinə istinad edərək, bu yaxınlarda İranın havadan müdafiə sisteminin yeni, “C-300”-ə analoq ola biləcək versiyanın istehsalına başlayacağını da bəyan edib: “Bavar-373” adı altında buraxılacaq yeni sistem eyni zamanda bir neçə hədəfi, o cümlədən ballistik və qanadlı raketləri, pilotsuz və döyüş təyyarələrini vurmaq iqtidarında olacaq”. İranın müdafiə nazirinin sözlərinə görə yeni sistemin istehsalı çox ehtimal ki, bu ildən gec olmayaraq başlayacaq. Onu da qeyd edək ki, İran parlamenti ölkə büdcəsinin ən azı 5 faizinin müdafiə proqramlarına yönəldilməsi haqqında qanun layihəsini təsdiq edib. Bir müddət əvvəl, ölkə parlamentinin sessiyasında millət vəkilləri müdafiə qabiliyyətinin gücləndirilməsi təklifini təsdiq ediblər. Atrıq prezident təsdiq edilmiş büdcənin 5 faizini dövlətin müdafiə xərclərinə yönəltməlidir. Qeyd edək ki, İranın parlamentdə təmsil olunan müdafiə komitəsinin rəhbəri ölkəsinin müdafiə büdcəsini artırmaq lazım olduğunu vurğulamışdı. Komitə rəhbəri İsmail Kousari İranın qonşu ölkələrlə müqayisədə hərbi büdcəyə az vəsait yönəltdiyini nəzərə çatdırmışdı. Millət vəkilləri İranın növbəti beş illik inkişaf planını və bu plana əsasən ölkədə raket istehsalını, o cümlədən ölkənin müdafiə imkanlarını gücləndirmək üçün əlavə maddənin tətbiqini təsdiq ediblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info