İndoneziyalı deputatlar Xocalı soyqırımının tanınması ilə bağlı müraciət imzalayıblar
Tarix: 02.03.2013 | Saat: 02:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın İndoneziyadakı səfirliyi, dünyanın ən böyük QHT-lərindən olan “Nahdlatul Ulama” və İndoneziya Universitetinin birgə təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən bildiriblər ki, İndoneziya Universitetində keçirilmiş tədbirdə ölkə parlamentinin sədri Marzuki Əli və deputatlar, müxtəlif din və elm xadimləri, təhsil ocağının professorları, diasporumuzun nümayəndələri, müəllim və tələbə heyəti, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səfirləri və s. iştirak ediblər.
Tədbirin məqsədi Xocalı soyqırımının anma mərasimi olmaqla yanaşı, 2012-ci ilin yanvarında İndoneziyanın Palembang şəhərində İƏT Parlamentlər İttifaqının toplantısında qəbul edilmiş, üzv ölkələrinin parlamentlərini Xocalı soyqırımını tanımağa çağıran qətnamənin tətbiqinə təkan verməkdən ibarət olub. Çıxış edənlər, xüsusən parlamentin sədri M.Əli açıq və birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğala uğradığını, habelə Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı törədildiyini qeyd ediblər. İndoneziya Prezidenti S.B.Yudhoyonoya və parlamentin sədrinə təqdim olunması üçün qanunverici orqan tərəfindən hazırlanmış Xocalı soyqırımının tanınmasına dair müraciəti ilk olaraq M.Əli imzalayıb. Sonra Nahdlatul Ulama Təşkilatının sədri, professor Səid Aqil Sirac və digərləri müraciəti imzalayıblar. Müraciəti imzalamış çoxsaylı nüfuzlu şəxslərdən əlavə bu siyahıda 30-dan artıq müxtəlif partiyaları təmsil edən deputatlar da var. Müraciəti imzalamış parlament üzvlərinin sayının martın sonunadək 100-ə çatdırılması və müvafiq yüksək ünvanlara təqdim olunması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info