Avropa Yayım Birliyi Ermənistanın “Eurovision”dakı təxribatını pisləyən bəyanat yayıb
Tarix: 12.05.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Avropa Yayım Birliyi (AYB) Ermənistan ifaçısının qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı “Eurovision”a gətirməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bəyanatda Avropa Yayım Birliyi və qurumun nəzarət qrupu tərəfindən Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma qurumun “bayrağı”nı dalğalandırmasını pisləyib. Bəyanatda bildirilir ki, AYB bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq.
Bəyanatda o da vurğulanır ki, Avropa Yayım Birliyi Ermənistan ilə Azərbaycan arasında mövcud olan gərginlikdən xəbərdardır. “Eurovision” mahnı müsabiqəsinin canlı yayımı zamanı Ermənistan təmsilçisi tərəfindən bu bayrağın dalğalandırılması müsabiqənin qaydalarının ciddi şəkildə pozulması deməkdir. Qaydalara əsasən yayım zamanı hər hansı bir qurumun, müəssisənin, təşkilatın siyasi və ya digər səbəbdən təbliğinə icazə verilmir.
Avropa Yayım Birliyi Ermənistan tərəfindən tolerantlıqdan sui-istifadə edərək qaydaları pozmamağı tələb edir.
Nəzarət qrupu bir daha bəyan edir ki, qaydaların pozulması ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə bilər.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info