Bakı “Formula-1” Qran-prisinə hazırdır
Tarix: 12.05.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


FİA rəsmisi: “Bakıya gəlmək istəyənlərə sözüm odur ki, siz mütləq bu şəhərdə olmalısınız. Bakı ecazkar şəhərdir”

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” yarışından əvvəl trekdə görülən hazırlıq işlərinin gedişini yoxlamaq üçün ölkəmizdə səfərdədir.
Çarli Vaytinqin rəhbərliyi ilə FİA nümayəndə heyəti Bakı Şəhər Halqasına baxış keçirib. Trekin “Formula-1”-in şəhər yarışına hazırlıq səviyyəsini öyrənmək üçün keçirilən baxış zamanı yol və onun ətrafında quraşdırılmış obyektlərin keyfiyyəti yoxlanılıb. “Formula-1” yarış təqvimindəki ən yeni treki ətraflı yoxlayan Çarli Vaytinq trasın hazırlığından razı qaldığını bildirib. Bakı Şəhər Halqasının memarı Herman Tilkenin də müşayiət etdiyi yoxlanış zamanı Çarli Vaytinq “Formula-1”-in ən yeni şəhər trekinin bütün cəhətlərini, o cümlədən əzəmətli Hökumət evinin qarşısında yerləşən “Paddok” ərazisini və pit yolunu, həmçinin yaxında 2016-cı il “Formula-1” üzrə Avropa Qran-prisinin rəmzinə çevriləcək İçərişəhər divarları boyunca 8-ci dövrədən başlayaraq 11-ci dövrəyədək davam edən 7,6 metrlik genişliyə sahib yoxuşlu dar küçəni də yoxlayıb. Eyni zamanda, qonaq trekin yarışın üz-üzə, iki istiqamətdə davam edəcəyi hissəsində də olub. Bakının ecazkar mənzərəsinə sahib dənizkənarı bulvar boyunca finiş xəttinə tərəf uzanan həmin hissədə bolidlərin sürətinin maksimal həddə - saatda 340 kilometrə çatacağı gözlənilir. Bakı Şəhər Halqası ilə əlaqədar apardığı müşahidələrdən sonra Çarli Vaytinq bildirib ki, iyunda keçiriləcək Avropa Qran-prisindən əvvəl hər şey qaydasındadır: “Bakı Şəhər Halqası yarışa vaxtında tam hazır olacaq. Siz trekin və onun ətrafında quraşdırılmış bütün obyektlərin yüksək keyfiyyətinə əmin ola bilərsiniz. Bakıya növbəti səfərim iyunun əvvəlində olacaq və inanıram ki, həmin səfər zamanı bu trekin yarış üçün tam hazır olduğunu bəyan edə biləcəyəm. Burada “Formula-1” yarışı çox gözəl keçiriləcək. Trekin 8-ci döngəsindən 12-ci döngəsinədək olan hissəsində yarış çox maraqlı olacaq. 12-15-ci döngələrdə bolidlər yüksək sürətlə hərəkət edəcəklər və 15-ci döngəyə yaxınlaşdıqca yarışın həyəcanı daha da artacaq”. FİA rəsmisi azarkeşlərə də müraciət edib: “Bakıya gəlmək istəyənlərə sözüm odur ki, siz mütləq bu şəhərdə olmalısınız. Bakı ecazkar şəhərdir. Mən burada dəfələrlə olmuşam və ünsiyyət qurduğum hər kəsdən böyük qonaqpərvərlik görmüşəm. Bakı, həqiqətən də, nadir yarışa səhnə olacaq”. Bakı treki layihəsinin müəllifi Herman Tilke bildirib ki, hazırlıqlar qrafikə uyğun olaraq davam edir: “Yola yeni asfalt qatının salınması prosesi artıq başa çatıb. Hazırda beton blokların və hasarların çəkilməsi davam edir. Hazırlığın yüksək standartlara cavab verməsi üçün burada peşəkar mütəxəssislərin əməyindən istifadə olunur. Bakı Şəhər Halqasında sərt döngələrin olduğunu nəzərə alaraq ABŞ-dan xüsusi təhlükəsizlik baryerləri gətirilərək trek ətrafında quraşdırılıb. Bu baryerlərdən digər Qran-prilərdə də istifadə olunur. İlk dəfə olaraq, həmin baryerlərdən Fransada təşkil olunan Le-Man avtomobil yarışında da istifadə ediləcək. Bakı Şəhər Halqası ilə bağlı dünyanın bir neçə məşhur “Formula-1” pilotu ilə söhbətim olub. Onlara trekin mürəkkəbliyi və unikallığı ilə bağlı məlumat vermişəm. Pilotlar Bakı Qran-prisini səbirsizliklə gözlədiklərini bildiriblər. Bakı Şəhər Halqasının ən maraqlı hissəsi Qoşa Qala qapılarının qarşısındakı ensiz yoludur. Bu yol trekin özünəməxsusluğunu daha da artırır. Bakıda təşkil olunacaq Avropa Qran-prisində dünyanın ən məşhur pilotları iştirak edəcək və trekin bu hissəsinin onlar üçün problem yaradacağını düşünmürəm. “Formula-1” yarışlarında qəza halları qaçılmazdır. Bunun üçün ölkənizdə yetərincə istedadlı və beynəlxalq təlimlərdə iştirak etmiş marşallar var. Ümid edirəm ki, marşallar qəza halları baş verdikdə vəzifələrinin öhdəsindən layiqincə gələcəklər”. Əvvəllər Bakı Şəhər Halqası ilə bağlı üç variantın hazırlandığını vurğulayan mütəxəssis bildirib: “Hazırkı treki seçməyimizin səbəbi Bakının tarixi, müasir görünüşünü dünyaya çatdırmaqdır. Müəllifi olduğum bütün treklər mənim üçün əzizdir. Ancaq Bakı Şəhər Halqası hazırda onlar arasında mənə ən doğma olanıdır. Onu da deyim ki, Avropa Qran-pri yarışları şəhər treki olduğu üçün tras iyunun 16-da istifadəyə veriləcək”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info