Rusiya şirkəti qatarlarda yeni idarəetmə sistemini təqdim edib
Tarix: 12.05.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Bakı Ekspo mərkəzində keçirilən sərgi çərçivəsində Rusiyanın “AVP Texnologiya” şirkətinin “dəmir yolu nəqliyyatında enerji qənaətinə yönəlmiş idarəetmə sistemləri” mövzusunda seminarı təşkil olunub.
Şirkətin baş direktor müavini Yevgeni Zavyalov təmsil etdiyi qurumun fəaliyyəti və onlar tərəfindən hazırlanan avtomatlaşdırılmış idarəetmə sistemi barədə seminar iştirakçılarına məlumat verib. O bildirib ki, elektrik qatarlarının və yük elektrovozlarının bütün növlərində quraşdırılan bu müasir sistem həmin nəqliyyat vasitələrinin idarə edilməsində insan faktorunu minimuma endirir. Bu yeni sistemin tətbiqi, həmçinin sözügedən nəqliyyat vasitələrində elektrik enerjisinə və yanacağa 2-10 faiz qənaət edilməsinə imkan verir. Y.Zavyalov qeyd edib ki, hazırda müasir avtomatlaşdırılmış idarəetmə sistemi Rusiyanın 80-ə yaxın deposunda, 2500 elektrik qatarında və yük elektrovozlarının 40 faizində tətbiq olunur. Bu müasir texnologiyanın istifadəsi qatarların hərəkətinə nəzarəti asanlaşdırır və təhlükəsizliyinə zəmanət verir.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info