“Qəbələdə yaradılan müasir infrastruktur xarici və yerli turistləri ora cəlb edəcək”
Tarix: 02.03.2013 | Saat: 02:05:00 | E-mail | Çapa göndər


Bugünlərdə ölkə başçısı Qəbələ rayonuna səfəri zamanı bir sıra yeni mərkəzlərin, müəssisələrin, komplekslərin açılışında iştirak edib. Həmin obyektlərin açılışı ölkə icmaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Ölkə ziyalıları bu yeniliklərin regionların sosial-iqtisadi inkişafında mühüm rol oynadığı qənaətindədir. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanov bildirdi ki, bu gün regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər böyük sosial-iqtisadi inkişafın nəticəsidir.
Müasir ictimai-siyasi quruluş dövründə Azərbaycan xalqının öz təbii ehtiyatlarının tam sahibi olduğunu deyən professor qeyd etdi ki, ölkə başçısının bu günlərdə Qəbələ rayonuna səfəri zamanı burada son illərdə gedən iqtisadi dirçəliş müşahidə edilib: “Ölkə başçısı da göstərib ki, Qəbələdə olan bu inkişaf bütün regionlarda təmin olunmalıdır. Xüsusilə Prezident dağətəyi zonalarda turizmin inkişaf etdirilməsi və onun regionların inkişafında rol oynadığını göstərib. Həqiqətən də bu gün turizm çox gəlirli sahədir. Azərbaycan çox qədim keçmişə malik olduğundan burada turistləri tələb edəcək unikal-tarixi və arxeoloji abidələr mövcuddur. Dünyada ilk insan düşərgələrindən biri, yaşı 1 milyon ildən artıq olan Azıx mağarası, qayalar üzərində yaradılmış Qobustan təbiət tarixi muzeyi, 5 min il yaşı olan Gəmiqaya və bir çox başqa nadir memarlıq inciləri mövcuddur. Ölkəmizdə olan saraylar, türbələr turistlərdə böyük maraq doğurur. Unikal fauna və florası turistləri ölkəmizə cəlb edir. Bu baxımdan Qəbələ böyük maraq doğurur”. Qafqazın ətəklərində yerləşən bir ərazi olan Qəbələnin landşaft örtüyü, meşə sahəsinin çox qədim bir dövrü əhatə etdiyini deyən R.Sultanov deyir ki, landşaftın dəyişkənliyi az olan Qəbələ rayonu füsunkar, mənzərəli yerləri ilə seçilir: “Burada turizmin inkişafı üçün müəyyən işlər görmək mümkündür. Bunu nəzərə alaraq da Qəbələnin timsalında Azərbaycanda turizmin gələcək inkişaf perspektivləri əyani formada öz əksini tapıb. Burada turistləri qəbul etmək üçün şərait yaradılıb. Eləcə də burada turizm axını üçün həm sağlamlığı, həm də qidaya olan tələbatı ödəmək üçün kənd təəsərrüfatı inkişaf etdirilir”. Professor bildirdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Qəbələdə ölkə başçısının iştirakı ilə heyvandarlıq-südçülük kompleksinin açılışı oldu. Bildirildi ki, hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş inək gətirilib. Hazırda orada sağmal inəklərin sayı 660 başa çatdırılıb. Gələcəkdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulub. R.Sultanovun sözlərinə görə, bu MDB ölkələri sırasında Avropa standartlarına uyğun birinci təsərrüfatdır: “Bu təsərrüfat Qəbələyə gələcək minlərlə turistin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyə imkan verəcək. Ölkəyə gələn turistə iki nəfər xidmət edir ki, bunu nəzərə alsaq, yeni obyektlərin açılması və turistlərin gəlməsi yeni iş yerlərinin açılmasına imkan verir. Qəbələdə həm gözəl hava, həm də su ehtiyatı var. Turizm üçün tələb olunan imkanları biz Qəbələ rayonunda görə bilirik. Qəbələ rayonunun şəraiti ölkə əhalisinin yay mövsümündə buraya səfərinə imkan verir. Prezident müəssisələrin açılışında iştirak etdi, burada görünür ki, çox qısa müddətdə böyük işlər həyata keçirilib. Qəbələ bu gün ölkənin gözəl guşələrindən birinə çevrilib. Hətta bu gün xaricdən gələn qonaqlar Qəbələni Avropa şəhərlərinə bənzədirlər”.
Prezident Qəbələdə olarkən Dağ-Xizək Yay-Qış istirahət kompleksinin tikintisi ilə də tanış olub. Turizmin müxtəlif növləri bəzi tələblər irəli sürür ki, onlardan birinin də təbiətdən zövq almaq olduğunu deyən professor bildirdi ki, adıçəkilən kompleksə nəzər saldıqda heç bir Avropa ölkəsində belə məkanlar yoxdur: “Dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə stansiyalar quraşdırılıb. Belə bir yüksək məsafədən turistlərin kanat yolu ilə səyahətinə az rast gəlinir. Bu isə nəinki xarici, eləcə də yerli turistləri Qəbələyə cəlb edəcək. Yerli əhalimizin belə istirahət məkanları üçün artıq xarici ölkələrə getməsinə gərək qalmayacaq”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info