Niderland şirkətləri son üç ildə Azərbaycana 330 milyon dollar investisiya yatırıb
Tarix: 12.05.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycanda
112 Niderland şirkəti fəaliyyət göstərir

İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampla görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini vurğulayıb.
Ölkələrimiz arasında əməkdaşlıq üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın qeyri-neft sektoruna Niderland şirkətləri tərəfindən təkcə son üç ildə 330 mln. ABŞ dollarından çox investisiya yatırılıb. Qeyd edilib ki, hazırda Azərbaycanda 112 Niderland şirkəti fəaliyyət göstərir. Bir sıra Niderland şirkətləri Azərbaycanda rellaşdırılan layihələrdə podratçı qismində iştirak edirlər. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Görüşdə kənd təsərrüfatı, İKT, enerji, turizm, ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, Niderland şırkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, aqroparklarda iştirakı, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq, birgə sərgi, yarmarka və təqdimatların keçirilməsi təklif edilib. Mayın 17-də Bakıda keçiriləcək növbəti Niderland - Azərbaycan biznes-forumu da iş adamları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.
Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Henk Kamp Azərbaycanda həyata keçirilən iqtisadi islahatları müsbət qiymətləndirmiş, Niderland şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info