Londonda Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib
Tarix: 12.05.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londonda keçirilən 25-ci İllik Toplantısı çərçivəsində “Azərbaycanın investisiya mühiti və imkanları” mövzusunda sessiya təşkil edilib.
Tədbirdə AYİB-in İllik Toplantısının iştirakçıları, o cümlədən dövlət və biznes nümayəndələri iştirak ediblər. Sessiyada iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən kompleks islahatlar barədə tədbir iştirakçılarına məlumat verib, belə tədbirlərin davamlı olacağını vurğulayıb. Bildirilib ki, yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək tədbirlərinin daha da gücləndirilməsi ölkə iqtisadiyyatının prioritetləridir. Tədbirdə, həmçinin Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinə, Sumqayıt Kimya Sənaye Parkına, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) və “Cənub Qaz Dəhlizi” QSC-yə dair təqdimatlar keçirilib, ölkəmizdə fəaliyyət göstərən şirkət və bank nümayəndələri çıxış ediblər. AYİB-in İllik Toplantısı çərçivəsində Azərbaycanla bağlı keçirilmiş sessiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info