Biznes inkubatorun yeni iştirakçıları üçün treninqlərə başlanılıb
Tarix: 12.05.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün yeni iştirakçıların seçilməsi məqsədilə 14 mart 2016-cı il tarixində növbəti müsabiqə keçirilib və daha 25 gənc biznes inkubator üçün yeni iştirakçı seçilib. Biznes inkubatorun iştirakçılarına biznes ideyalarını reallaşdırmaq üçün hər cür imkan yaradılıb.
Artıq İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatorun yeni iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə treninqlərə başlanılıb. 3 ay davam edəcək treninqlərdə yerli və xarici ekspertlər tərəfindən müxtəlif mövzular üzrə məruzələr oxunacaq. “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunda keçirilən ilk belə treninqdə biznes inkubatorun yeni iştirakçılarına biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli idarə olunması, eləcə də “Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı, İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurası barədə məlumat verilib. Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info