Yaxın günlərdə becərmə texnikası gətiriləcək
Tarix: 12.05.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Zərdabda kənd təsərrüfatı işlərinin gedişinə və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə iştirak edən Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, habelə rayon rəhbərləri və müvafiq qurumların nümayəndələri əvvəlcə yerlərə gedərək fermerlərlə görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar. Heydər Əliyev Mərkəzində keçirilən, mütəxəssislərin, fermerlərin, aqrar sektorda çalışan sahibkarların və müvafiq idarə və təşkilat rəhbərlərinin iştirak etdikləri müşavirəni rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev açaraq Zərdabda sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələr, cari ildən etibarən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə qısa məlumat verib. Müşavirədə çıxış edən Azər Əmiraslanov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində yeni mərhələnin başlandığını vurğulayıb, Prezidentin tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Xüsusilə ixrac yönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində respublikamızda görülən işlərdən, bu sahələrə dövlət dəstəyindən bəhs edən A.Əmiraslanov Zərdab rayonunda vaxtilə ənənəvi olan həmin sahələrin perspektivlərindən danışıb. Prezident Administrasiyasının şöbə müdiri deyib ki, pambıqçılıqda ilkin mərhələ - torpaq sahələrinin ayrılması məsələsi həll olunub, bu sahədə maneələr aradan qaldırılıb. Qısa müddətdə kifayət qədər çiyid və səpin aqreqatları gətirilib və əkin kampaniyası başa çatdırılıb. Artıq yaxın günlərdə respublikamıza becərmə texnikası da gətiriləcək. A.Əmiraslanov fermer Asif Mahmudovun təsərrüfatında olduğunu, burada kənd təsərrüfatının bir neçə istiqamət üzrə inkişaf etdirildiyini və yaxşı nəticələr qazanıldığını vurğulayıb. Qeyd edib ki, birgə təsərrüfatçılıq meyilləri, kooperativlərə marağın gücləndirilməsi yaxşı səmərə verəcək. Əlbəttə, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması da zəruridir. Prezidentin Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının yüksək olduğu fikrini diqqətə çatdıran sahibkar A.Mahmudov Zərdab rayonunda nəinki taxılçılıq, pambıqçılıq və baramaçılığın, habelə qeyri-ənənəvi sahələrin inkişafı üçün də yaxşı imkanlar olduğunu bildirib. Sonra müşavirə diskussiya şəraitində davam etdirilib. Fermerləri, ümumən torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemlərinin operativ həlli diqqət mərkəzində saxlanılıb. Müşavirədə səmərəsiz istifadə edilən torpaqların pambıq əkini dövriyyəsinə cəlb edilməsi, tut bağlarının bərpası üçün tinglərin verilməsi, camışçılığın inkişafı, kartofbasdıran və çıxaran, habelə qarğıdalı səpən aqreqatların “Aqrolizinq” ASC-nin xətti ilə gətirilməsi, pambığın alış qiymətinin artırılması, istismar müddətini başa vuran kanalların yenilənməsi kimi təkliflər səsləndirilib. Təklif və müraciətlər araşdırılaraq həll olunmaq üçün nəzarətə götürülüb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info