Gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib
Tarix: 12.05.2016 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tütün məmulatları və dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, idarənin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasında “Moskva-Bakı” sərnişin qatarı ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı gömrük orqanlarına əvvəlcədən bəyan edilməyən 3 adda 34 min 800 ədəd siqaret aşkar edilərək götürülüb.Tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı digər bir fakt isə idarənin “Xanoba” gömrük postunda aşkar olunub. Belə ki, Rusiya Federasiyası istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 60 min ədəd siqaret aşkar edilərək götürülüb.“Samur” gömrük postunun əməkdaşları isə müxtəlif markalı dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Rusiya Federasiyası istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 6800 kapsul “Ritamitsin 150 milliqram”, 10 min 200 kapsul “Pirozinamid 500 milliqram”, 1900 həb “Etambutol Akri 400 milliqram”, 330 həb “İzoniazid 300 milliqram”, 300 flakon “Streptomitsin 1 qram”, 10 qutu “Zivoks 2 milliqram” dərman preparatları aşkar edilərək götürülüb.Hər 3 faktla bağlı araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
TAP üzrə işlərin 88,5 faizi yekunlaşıb
20.07.2019
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
19.07.2019
“Azeri Light”ın bir barreli 63,72 dollara satılır
19.07.2019
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb
19.07.2019
Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info