Qəndob-Rusiya sərhədi avtomobil yolu yenidən qurulur
Tarix: 12.05.2016 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin ( Qəndob-Rusiya sərhədi ) yenidən qurulması işlərinə başlanılıb.Bu barədə tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Məlumatda qeyd olunub ki, I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 kilometr, hərəkət zolaqlarının sayı 4, ayrıcı zolağının eni 5 metr, örtüyün tipi asfalt-betondur.Layihə üzrə yol yatağının eni 28 metr, hərəkət zolaqlarının eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni isə bir istiqamət üzrə 7,5 metr, çiyinlərin eni 3,75 metr olacaq. Yolda hesabi sürət 120 kilometr/saat nəzərdə tutulub.Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi nəzərdə tutulub.Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir, bundan başqa su və yeraltı keçidlərin, körpülərin inşası aparılır.İşlər tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info