“Sibir: Moment İstinı” qəzeti xüsusi buraxılışını Azərbaycana həsr edib
Tarix: 12.05.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatına layiq görülüb”. “Sibir: Moment İstinı” qəzetinin cari ilin 5 may tarixli sayındakı “Sodrujestvo” informasiya bülletenində dərc edilən ilk məqalənin sərlövhəsi belədir. Qeyd edək ki, bülleten bütünlüklə Azərbaycana, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.Məqalədə qeyd olunur ki, ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “İlin adamı” mükafatı ilə ən layiqli şəxsiyyət təltif olunub. Çünki Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond ölkə vətəndaşlarının ən ağır şəxsi problemlərlə müraciət etdiyi təşkilatdır. Cəmiyyətdə xeyriyyəçilik standartlarını müəyyən edən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bir çox insanlar öz arzularını həyata keçirə biliblər.Məqalədə həmçinin deyilir ki, Mehriban Əliyevanın Təşkilat Komitəsinin sədri olduğu Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil edilib və Oyunları seyr edən hər kəs öz ölkəsi, öz Prezidenti, öz birinci xanımı üçün böyük qürur hissi duyub.Multikultural dəyərlərə gəlincə, Mehriban Əliyeva öz fəaliyyəti ilə istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda multikulturalizm ənənələrini təbliğ edir. Bütün bunlar barədə öz çıxışında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev danışıb.Məqalədə həmçinin Mehriban xanımın çıxışının tam mətni verilib. Həmin çıxışda o, Milli Qəhrəman Çingiz Mustafayev adına Fonda və ANS Şirkətlər Qrupuna onun fəaliyyətinin yüksək qiymətləndirilməsi üçün dərin minnətdarlığını bildirib və vurğulayıb ki, bu mükafatı təkcə öz uğuru yox, həm də sadalanan uğurlarda əməyi olan Heydər Əliyev Fondunun hər bir işçinin nailiyyəti kimi qəbul edir.“Sibir: Moment İstinı” nəşri ölkənin birinci xanımının çıxışından sitat gətirir: “Heydər Əliyev Fondunun bir çox gözəl ənənələri var və onların arasında ən vacibi, hesab edərəm ki, xeyriyyəçilik ənənələridir və bu ənənələrə əsaslanaraq mənə verdiyiniz pul mükafatını Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə keçirmək fikrindəyəm”.Öz çıxışında Mehriban Əliyeva bildirib ki, onun komandasının ən böyük nailiyyəti Azərbaycan xalqının hörmət və etibarını qazanmasıdır. İnsanlar öz məktublarında qeyd edirlər ki, Heydər Əliyev Fondu onların son ümid yeridir və Fonda müraciət edərkən köməyin əsirgənməyəcəyinə şübhə etmirlər. Çünki burada onları dinləməyə və onların yanında olmağa çalışırlar.Tahir Məmmədovun “Fövqəladə dərəcədə dəyərli ideyalar xəzinəsi” məqaləsində akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi baxışlarında ümummilli lider Heydər Əliyevin siyasi irsi və dövlət fəaliyyəti haqqında danışılır. Qeyd olunur ki, ümummilli liderimizin fəlsəfi fikirlərinin, ictimai-siyasi baxışlarının, elmi-nəzəri görüşlərinin hərtərəfli tədqiqində R.Mehdiyevin misilsiz xidmətləri var, Əliyevşünaslıq İnstitutunun təməlini məhz o qoyub.Məqalədə deyilir: “Təsadüfi deyil ki, görkəmli alim-filosof müasir Azərbaycan fəlsəfəsi fikrinin aktual problemlərini şərh edərkən, ölkəmizdə Şərq fəlsəfə ənənələrinin dirçəlişini ön plana çəkib və müasir Qərb fəlsəfəsinə inteqrasiyanın fəlsəfi fikrin inkişafına yeni uğurlu təsir göstərəcəyini vurğulayıb”.Elə buradaca Olqa Kovalyovanın “Azərbaycanın dövlət və siyasi xadimi Ramiz Mehdiyev” məqaləsi verilib. Məqalədə müəllif qeyd edir: “Sakit, nəzakətli, yüksək təhsilli, savadlı və mütəşəkkil şəxs. Belə bir vəzifəni tutan və böyük idarəçilik təcrübəsinə malik insan başqa cür ola bilməz...” Olga Kovaleva qeyd edir ki, mübaliğəsiz Ramiz Mehdiyev həm siyasətçi, həm də akademik kimi özünü doğruldub. Bunun ardınca izah edir: Ramiz Mehdiyevin son elmi məqaləsi ikili standartlar qaydası və müasir Azərbaycanın bu qaydaya münasibəti haqqındadır. Bu dahiyanə məqalə müxtəlif elmlərin (tarix, fəlsəfə, beynəlxalq münasibətlər) nəzəriyyəsinə əvəzolunmaz töhfədir.
Müəllif sonda vurğulayır ki, Ramiz Mehdiyev görkəmli siyasətçi və alimdir, o, bu dünyanı daha yaxşı etmək üçün çalışır.Nəşrdə “Sodrujestvo” türkdilli xalqlar və slavyan xalqları arasında əməkdaşlıq Fondunun sədri Mirkazım Seyidovun erməni qadın jurnalistlərin birinə verdiyi “Tarixi uydurmaq və fikirləşmək lazım deyil...” sərlövhəli müsahibəsi dərc edilib. Həmin müsahibədə o, tanınmış Amerika ermənişünası, Kolumbiya Universitetinin professoru, fəlsəfə doktoru, Amerika Orta Əsrlər Akademiyası və Britaniya Akademiyasının müxbir üzvü Nina Gevorqovna Qarsoyana istinadla dünya erməni icmasının qədim ermənilərin dövlətçiliyi və müstəqilliyi ilə bağlı bütün uydurmalarını darmadağın edir. Müxbirin “Dağlıq Qarabağ münaqişəsini necə həll etmək olar” sualını cavablandıran M.Seyodov deyir: “İşğal olunmuş əraziləri Azərbaycana qaytarılmaqla”.Bunun ardınca “Nina Qarsoyan: Bütün qədim erməni mənbələri uydurmadır və digər xalqlar arasında seçilmək cəhdindən doğur” məqaləsi dərc edilib. Məqalədə bildirilir ki, 1971-ci ildə “Ermənistan Elmlər Akademiyasının Xəbərləri”ndə Nina Qarsoyanın "Ermənistan VI əsrdə" məqaləsi (“Ermənistan” və “Sədaqət” terminlərinin aydınlaşdırılması məsələsinə dair, VON AN Arm.SSR, 1971, №3) dərc edilib. Məqalə dərc olunan andan lənətlənib, yayımından çıxarılıb və yandırılıb. İş burasındadır ki, bu məqalə qədim erməni salnamələrinə amansız zərbə vurub və inandırıcı şəkildə sübut edib ki, min beş yüz il ərzində Ermənistanda dövlətçilik və müstəqillik mövcud olmayıb, xristianlaşdırma tarixi, bütün qədim erməni salnamələri və sonrakı xronikalar saxtadır və digər xalqlar arasında seçilməyə xidmət edir. Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Müəyyən məntiqi ardıcıllığa əsasən, daha sonra akademik Ramiz Mehdiyevin Cənubi Qafqazda ilk dövlət quruluşlarının yaradılması tarixi dövrünü əhatə edən və regionun müasir dönəmə qədərki tarixindən bəhs edən "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı haqqında AZƏRTAC-ın materialı təqdim olunur. Məqalədə qeyd olunur ki, çoxsaylı antik, orta əsr mənbələri, eləcə də yeni dövr və müasir elmi sənədlər əsasında müəllif erməni (hay) etnik qrupunun Kiçik Asiyada, daha sonra isə Cənubi Qafqazda gəlmə olduğunu əsaslandırır.
Xüsusi buraxılışda “Politoloq: Ermənistan dünya ictimaiyyətini aldada bilməyəcək” başlığı altında toplanan, politoloq Fuad Axundovun qoşunların təmas xəttində baş verən son hadisələrlə bağlı fikirlərinə yer verilib. F.Axundov qeyd edir ki, Ermənistan cəbhədə qəsdən gərginlik yaradaraq Azərbaycanı təcavüzkar, Qarabağ ermənilərini qurban və özünü onların hüquqlarının müdafiəçisi kimi göstərməyə çalışır. Analitik nəticə çıxarır: Təəssüf ki, bəzən hətta xarici KİV-lər erməni yalanına uyur, halbuki Ermənistanın hərəkətləri beynəlxalq hüquqda təcavüz adlanır.
“Amerikanın “The Washington Times” qəzeti Yaxın Şərq, Avrasiya və keçmiş sovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin məqaləsini dərc edib. Məqalə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində münaqişənin dərinləşməsindən bəhs edir”. Bu sətirlər “The Washington Times: Ermənistan rəsmi Bakını dünyaya neqativ təcavüzkar obrazında təqdim etmək istəyirdi” adlı məqalədəndir. Məqalənin təkcə adı məkrli erməni niyyətinin bu dəfə puç olduğunu sübut edir.Bu materialın ardınca Ermənistan cəmiyyətində hökm sürən əhval-ruhiyyəni nümayiş etdirən “Bu bizim müharibə deyil: erməni sosial şəbəkələrinin icmalı” sərlövhəsi altında sosial şəbəkələrin erməni istifadəçilərinin rus dilinə tərcümə edilən yazıları da dərc olunub.
Mövzunu Mirkazım Seyidovun “Hadisələrin erməni interpretasiyası çat verir” məqaləsi davam etdirir. Məqalədə tarixə ekskurs edilir, Ermənistan-Azərbaycan münaqişəsinin mənşəyi ətraflı təhlil olunur.Xüsusi buraxılış Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə tamamlanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info