Leyla Əliyeva “Son hədd” filminin təqdimatında iştirak edib
Tarix: 12.05.2016 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


IDEA-Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində “Son hədd” (The End of the line) sənədli filminin premyerası keçirilib.Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Azərbaycanda böyük səhnədə ilk dəfə təqdim olunan “Son hədd” filmi Böyük Britaniyanın dəniz ətraf mühitinin mühafizəsi üzrə məşhur təşkilatı “Mavi Dəniz Fondu” (“Blue Marine Foundation”) tərəfindən çəkilib və IDEA İctimai Birliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq ölkəmizdə nümayiş etdirilib.Təqdimatdan əvvəl çıxış edən “Mavi Dəniz Fondu”nun layihələr üzrə direktoru Rori Mur dəniz ətraf mühitinin əhəmiyyəti və bu mövzuya həsr olunan filmin ərsəyə gəlməsi barədə məlumat verib.Rori Mur IDEA İctimai Birliyi ilə “Mavi Dəniz Fondu” arasında əməkdaşlıq, o cümlədən dəniz ətraf mühitinin mühafizəsi və bərpası istiqamətində həyata keçirilən layihə barədə məlumat verib. O, dəniz faunasının qorunmasına göstərdiyi dəstəyə görə IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevaya təşəkkürünü bildirib.Filmin təqdimatından sonra “Nizami” Kino Mərkəzində dəniz ətraf mühitinin mühafizəsi mövzusunda təşkil edilən sərgi ilə tanışlıq olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info