ADTGT 13 ölkə gənclərini Nizami yurduna toplayacaq
Tarix: 12.05.2016 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu Gənclər Siyasəti Modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, gənclərin fəal iştirakçılığı, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir.
Bu məqsədlə ADTGT 2016-cı ilin mayın 15-dən 3 (üç) ay müddətində davam edəcək, “Gənclər Siyasətində Fəal İştirakşılıq” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığı nəzərdə tutan layihənin icrasına başlayır.
Layihə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Güclü Gənclik – Güclü Gələcək!” sloqanı altında keçiriləcəkdir.

Bu ilin iyulun 4-9 tarixlərində “2016-cı ilin Avropa Gənclər Paytaxtı” seçilən Gəncə şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Yunanıstan, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Xorvatiya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Moldova, Ukrayna və Gürcüstan təmsil edəcək 26 əcnəbi gənc liderin iştirakı nəzərdə tutulur.

Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə-informasiya mübadiləsi şəbəkəsinin qurulması, Gəncə Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.

Gündəlikdə 13 ölkədən olan gənc fəalların Gəncə şəhər İcra Hakimiyyətində, Gənclər və İdman Nazirliyində, AR Prezidenti yanında Gənclər Fondunda və digər qeyri-hökumət gənclər təşkilatları ilə görüşlərinin keçirilməsi də durur.

Layihə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı 24.02.2016-cı il tarixli Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərancamında, “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” ümumi tədbirlər planında və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info